Əsas Səhifə > Güney Press / Manşet > В«SƏNİ YAXIN GÜNLƏRDƏ NAZİR EDƏCƏMВ»
В«SƏNİ YAXIN GÜNLƏRDƏ NAZİR EDƏCƏMВ»27-04-2012, 17:49 |
![]() ARDNŞ PREZİDENTİNDƏN ELMAR QASIMOVA VƏD DİA.AZ: - Sən demə, təhsil naziri Misir Mərdanova qarşı dayanan qüvvələr arasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də var imiş və bu günlərdə Misir Mərdanovun işdən azad edilmiş müavini Elmar Qasımovun ARDNŞ-nin balansında olan Ali Neft Məktəbinə rektor təyin edilməsi də təsadüfi deyilmiş. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə idda edir ki, Rövnəq Abdullayevlə Misir Mərdanovun ədavə elə Elmar Qasımovla bağlıdır: В«Bir dəfə ARDNŞ prezidenti təhsil nazirliyinə xahişdə bulunub və Abdullayevin xahişini Misir Mərdanovun icazəsi olmadan Elmar Qasımov icra edib. Həmin ərəfədə xaricdə səfərdə olan Misir Mərdanov vətənə döndükdən sonra Elmar Qasımovun addımına qəzəblənib və hətta В«bəlkə mən bu qərara В«yoxВ» deyəcəkdimВ» şəklində reaksiya da veribВ». Mənbəmiz iddia edir ki, bu söhbət ARDNŞ prezidentinin də qulağına çatıb. Və bu gün Elmar Qasımova Abdullayevin sahiblənməsi də məhz həmin dönəmdən qurulan münasibətlərin nəticəsidir. Son məlumatlara görə isə, Rövnəq Abdullayev Misir Mərdanova qarşı hərəkətə keçib. Bu barədə danışan mənbəmiz bildirir ki, ARDNŞ prezidenti Elmar Qasımova В«səni yaxın günlərdə təhsil naziri edəcəmВ» deyə bildirib. Geri qayıt |