Əsas Səhifə > Ölkə > İKİLİ CASUSUN KƏDƏRLİ TALEYİ

İKİLİ CASUSUN KƏDƏRLİ TALEYİ


11-10-2011, 17:22
İKİLİ CASUSUN KƏDƏRLİ TALEYİ

RUSLAN ƏLİXANOV NECƏ AGENT OLUB?

Keçmiş hərbi qulluqçu Ruslan Əlixanovun maraqlarını müdafiə edən vəkil Raqif Mustafayev bu gün mətbuat konfransı keçirib. O bildirib ki, oktyabrın 13-də Ali Məhkəmədə müvəkkilinin işi üzrə kassasiya şikayətinə baxılacaq.

Şikayət Apellyasiya Məhkəməsinin (17 iyun 2010-cu il) Ağır Hərbi Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 26 fevral 2010-cu il tarixli hökmünü qüvvədə saxlayan qərarından verilib.

Hökmə əsasən, Əlixanov 174-cü (Vətənə xəyanət) maddə ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ilk iki ilini Qobustan həbsxanasında çəkib, sonradan 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və indiyədək oradadır.

Məhkəmə prosesi qapalı keçirilib və Əlixanovun doğmaları prosesə buraxılmayıb. İstintaqı Hərbi Prokurorluq aparıb.

Əlixanov 13 may 2009-cu ildə həbs edilib. Həmin vaxt o, Gəncə aeroportunda işləyirdi. İstintaq iddia edir ki, Əlixanov Rusiyanın xeyrinə casusluq edərək, yüklər, o cümlədən hərbi yüklər haqqında məlumat ötürürdü. Ruslan Əlixanov rabitəçi idi və vəkilinin iddiasına görə, yüklər haqqında məlumatı yox idi.

Lakin bu işdə iki ölkənin xüsusi xidmətlərinin qarşıdurması kimi bir incəlik var. Belə ki, Əlixanov Gəncədə sovet ordusu sıralarında xidmət edən zabit idi. 1993-cü ildə ruslar getdikdən sonra Əlixanov Azərbaycan ordusunda xidmətini davam etdirdi. Bir müddət sonra Rusiyadan keçmiş həmkarları onunla əlaqə qurdu və əməkdaşlıq təklif etdi. Əlixanov bu barədə Azərbaycan hərbi əks kəşfiyyatına xəbər verdi. Burada Əlixanovun özünü bu əməkdaşlığa razılaşmış kimi göstərməsini istədilər. Xüsusi xidmət orqanlarının dilində buna “ikili oyun” deyilir və o, hərbi komandanlığın razılığı ilə aparılıb.

2005-ci ildə Əlixanov tərxis edilib və mülki xidmətə keçib. Dörd il sonra Azərbaycan xüsusi xidmət orqanları onu casusluqda ittiham edib və həbs edib.

Vəkil iddia edir ki, həbs zamanı kütləvi qanun pozuntularına yol verilib. Belə ki, Əlixanov mayın 13-də həbs olunub, həbs icazəsi isə mayın 30-da alınıb. Bütün bu vaxt ərzində o, qanunsuz saxlanılıb və nə vəkil, nə müstəntiq yanına buraxılmayıb.

Məhbusun bacısı Gülnarə əlavə edib ki, qardaşını döyürdülər və hansısa dərmanlar vururdular. Bütün bunlar Ruslanı anlaqsız vəziyyətə gətirib və o, hansısa sənədləri aparıb.

Vəkilin sözlərinə görə, müvəkkili nəyə görə ittiham olunduğunu, niyə həbs olunduğunu bilmir. Buna görə, Vətənə xəyanət faktı yoxdur və məhkəmədə buna heç bir dəlil təqdim edilməyib.


Geri qayıt