Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV NAZİRİ ÇÖKDÜRMƏK İSTƏYİR

RAMİZ MEHDİYEV NAZİRİ ÇÖKDÜRMƏK İSTƏYİR


27-04-2012, 15:48
RAMİZ MEHDİYEV NAZİRİ ÇÖKDÜRMƏK İSTƏYİR

PA RƏHBƏRİNİN MİLLİ ORDU İLƏ BAĞLI FƏRQLİ PLANLARI VAR İMİŞ

DİA.AZ: - Yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov barədə maraqlı məlumatlar əldə etmişik. Əvvəlcə qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub.

1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. 1986-1989-cu illərdə SSRI Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən Arzu Rəhimov 1992-2004-cü illərdə Azərbaycan Sərhəd Qoəunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini - Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2007-ci il aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2010-cu il martın 17-də ona II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Ailəlidir, iki övladı var.

Daxil olan məlumatlara görə, Arzu Rəhimovun yeni yaradılan xidmətin rəhbərliyinə gətirilməsi təsadüfi deyil. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qohumudur. Məhz Ramiz Mehdiyevin dəstəyi nəticəsində Arzu Rəhimov bu vəzifəyə təyin edilib. Bu vəzifəyə xeyli iddialılar olsa da, sonda PA rəhbərinin namizədi daha şanslı olub. Bu təyinat həm də Ramiz Mehdiyevin Səfər Əbiyevin sahəsinə əl uzatması kimi dəyərləndirilir.

Onu da bildirək ki, neçə müddətdir Müdafiə Nazirliyi sistemində bir çəkişmə mühiti var. Və bu istiqamətdə Ramiz Mehdiyevin adamı kimi xarakterizə olunan fiqurların daha çox fəallıq nümayiş etdirdiyi də məlumdur. Məsələn, prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyev də Müdafiə Naziri postuna iddialılar sırasında idi. Hətta bir müddət ona ordu sistemində yoxlamaların həyata keçirilməsi üçün icazə də verildi. Amma sonradan bütün bu çabaların boşuna olduğu məlum oldu. Aydın oldu ki, Səfər Əbiyevin yerinə namizəd hazırlayanlar tələsiblər.

Bu gün isə aydın olur ki, Səfər Əbiyevə qarşı rəqiblərinin istifadə etdiyi ən ağır silahlardan olan general-mayor Lənkəran Əliyev də məhkəmədə nazirliyin iddiası əsasında uduzdurulub. Belə olan təqdirdə, Arzu Rəhimovun təyinatını dəyərləndirən məlumatlı mənbələr idda edir ki, əslində Səfər Əbiyevi devirməyi bacara bilməyən Ramiz Mehdiyev hərbi səfərbərlik məsələsini kontroluna almaqla MN-ə olan ehtirasını qismən söndürmüş oldu.

Mötəbər qaynağın DİA.AZ-a açıqladığı başqa bir məlumatda isə bildirilir ki, amma bu da son deyil və Ramiz Mehdiyev Səfər Əbiyevə qarşı mübarizəsini bundan sonra da davam etdirəcək: «Neçə müddətdir ki, Mehdiyevə yaxın mətbuatda Səfər Əbiyev ciddi şəkildə vurulur. Və bu kampaniya bundan sonra daha şiddətli formada davam etdirələcək».


Geri qayıt