Əsas Səhifə > Partiya > KOMMUNİSTLƏR BİRLƏŞİR

KOMMUNİSTLƏR BİRLƏŞİR


11-10-2011, 17:06
KOMMUNİSTLƏR BİRLƏŞİR

30 OKTYABRA QURULTAY TƏYİN OLUNDU

Ələsgər Xəlilovun sədri olduğu Azərbaycan Kommunist Partiyası (AKP) və Telman Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası (AKP) (marksizm-leninizm platformasında) birlik qurultayı keçirəcək. AKP Mərkəzi İcraiyyə Komitəsinin sədri Ələsgər Xəlilovun verdiyi məlumata görə, bu ilin martında hər iki partiyanın ali qurumunun verdiyi qərarın icrası ilə bağlı keçiriləcək qurultay oktyabrın 30-na təyin olunub.

Ə. Xəlilov deyib ki, partiyanın rəhbəri postunu tutacaq şəxs demokratik seçki ilə müəyyənləşəcək: “Hər iki partiyanın rəhbərləri üçün birləşəcək partiyanın rəhbərinin kim olması əsas deyil. Vacib olan kommunist ideologiyasının ölkədə təbliği istiqamətində mühüm işlərin görülməsidir. Bu günə qədər beş yerə parçalanan kommunistlər heç bir nəticə əldə etməyib. Hərənin bir möhürünün olmasına nə ehtiyac var?”.

Ə. Xəlilov qurultaydan sonra digər kommunist partiyaları ilə birlik istiqamətində danışıqları davam etdirəcəklərini söyləyib: “Bu addımı atmaqla digər kommunist partiyalarına nümunə olmaq istəyirik”.


Geri qayıt