Əsas Səhifə > Hadisə, Manşet > FAZİL MƏMMƏDOV SİMVOLİK NAZİRDİR
FAZİL MƏMMƏDOV SİMVOLİK NAZİRDİR27-04-2012, 14:14 |
BU GÜN HƏM ONU VƏ HƏM DƏ BİR NEÇƏ STRUKTURU FHN ŞEFİ YÖNƏLDİR DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə Xaləddin Şahmar oğlu İsgəndərov Binəqədi rayonuna - Alı Qocayevin Samuxa transferinin ardından boşalmış icra başçısı postuna rəhbər təyin edildi. Bildirək ki, Xaləddin İsgəndərov Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəis müavini işləyib və onun vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olduğu da məlumdur. Bildirək ki, bu təyinatın ardından az qala bütün xəbər qaynaqları tərəfindən «Kəmaləddin Heydərov Binəqədi rayonunu nəzarəti altına aldı» şəklində məlumatlar yayıldı. Yəni baş verən olay bu şəkildə təqdim olundu. Halbuki təyin olunan şəxs Fazil Məmmədovun işçisi və qohumu idi. Yəni belə olan təqdirdə ortaya bir sual çıxır: Bəs niyə Kəmaləddin Heydərov Binəqədiyə nəzarəti əlinə alır? Təbii ki, bunun çox sadə səbəbləri var ki, onların da başında gələni Fazil əmmədovun özünün Kəmaləddin Heydərovun kurasiyasında olması ilə bağlıdır. Məlumdur ki, FHN şefi bu gün özünün rəhbəri olduğu nazirliklə bərabər, eyni zamanda Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə və daha bir neçə instansiyaya nəzarət etməkdədir. Bunun da nəticəsidir ki, Fərhad Əliyevin qollarının qandallanmasının ardından iqtisadi inkişaf naziri postuna təyin edilən Şahin Mustafayev də ortaya məhz Kəmaləddin Heydərovun adamı kimi çıxdı. Maraqlıdır ki, Şahin Mustafayev də nazir olana qədər vergilər nazirliyində çalışıb. Bütün bu faktları diqqətə gətirən hakimiyyət içindəki etibarlı mənbə DİA.AZ redaksiyasına bildirib ki, son zamanlar Kəmaləddin Heydərov çox ciddi mövqelərə nüfuz etməkdədir: «Onun qüdrətini hər addımda hiss etmək mümkündür. Yeni təyinatlar zamanı da FHN şefinin iradəsinin hansı əlahiddəliyə malik olduğunu görməmək mümkün deyil. Bu gün Kəmaləddin Heydərov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə eyni ağırlığa malik həddədir. Doğrudur, maddi rısaq məsələsində FHN şefi PA rəhbərini üstələyir, amma siyasi proseslərin Ramiz Mehdiyevin kurasiyasında olması faktları güclərin bərabərləşməsini zəruri edir». Bu arada mötəbər qaynaq Kəmaləddin Heydərovun Fazil Məmmədova təsir imkanları barədə də danışdı: «Kəmaləddin Heydərov əslində vergilər nazirliyini tam şəkildə yönləndirməklə məşğuldur. Nazirlik sanki dəftərxana qədərində səlahiyyətə malikdir. Bütün işləri isə FHN şefi yönəldir. Fazil Məmmədova gəlincə isə bu baxımdan onu daha çox simvolik nazir hesab etmək olar». Mənbəmiz bildirir ki, Vergilər Nazirliyi Kəmaləddin Heydərov üçün kadr yetişdirən ünvana da çevrilib: «Bu qurumdan FHN şefinin ələ keçirdiyi instansiyalara kadr ixrac olunmasını da təbii qəbul etmək lazımdır. Bundan əlavə vergilər nazirliyi Kəmaləddin Heydərov üçün bir təzyiq vasitəsinə də çevrilib. Onun iqtisadi maraqlarını tapdayanlar, əgər bir yandan gömrük qapılarında ilişirlərsə, digər yandan da vergilər nazirliyinin «qəssabları» tərəfindən hədəfə çevrilirlər». Bildirək ki, redaksiyamız Kəmaləddin Heydərovun nəzarətində olan iqtisadi və siyasi rıçaqlarla bağlı geniş araşdırmalara başlayıb. Yaxın günlərdə diqqətinizə silsilə faktları çatdıracağıq. Bizi izləyin… Geri qayıt |