Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: İSRAİL HƏRBİ TƏYYARƏLƏRİ AZƏRBAYCANDA!!!

ŞOK: İSRAİL HƏRBİ TƏYYARƏLƏRİ AZƏRBAYCANDA!!!


27-04-2012, 11:54
ŞOK: İSRAİL HƏRBİ TƏYYARƏLƏRİ AZƏRBAYCANDA!!!

FARS MƏTBUATI ARTIQ 16 HƏRBİ AERODROMUN İSRAİLƏ VERİLDİYİNİ YAZIR

DİA.AZ: - İsrail-Azərbaycan yaxınlaşması hələ də fars-molla rejiminin təbliğat maşının əsas müzakirə predmetlərindən biridir. DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, əslində bu günlərdə Azərbaycanda səfərdə olan İsrailin xarici siyasət idarəsinin başçısı Aviqdor Libermanla bağlı əks-təbliğat kampaniyasının qurulması yönündə Bakıdakı iranmeyilli KİV də müəyyən təlimatlar alıb. Amma sonradan bu iş yalnız İrandan yönləndirilən mətbuat tərəfindən həyata keçirilməklə məhdudlaşıb.

Bu yöndə xüsusi fəallıq edəni isə «arannyus» xəbər portalıdır. Son məlumatlarının birində bu portalda Azərbaycanın İsraillə yeni hərbi anlaşmaya vardığı və hətta Azərbaycanda yerləşən 16 hərbi aerodromun yəhudi hərbçilərin ixtiyarına verildiyi barədə ittihamlar yer alır. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«Xəbər qaynaqları sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikası rəsmiləri ilə bu ölkənin aerodromlarını icarəyə verilməsi barədə müzakirələrindən xəbər verdi.

Xəbər qaynaqlarının məlumatına əsasən, sionist rejimin xarici işlər naziri Aviqdor Liberman Bakıya səfərində bu ölkənin rəsmiləri ilə görüşlər keçirərək, ikitərəfli əlaqələrin artırılması barədə müzakirələr aparmışdır. Libermanın Bakıya səfərində digər bir məqsəd, bu ölkənin istifadəsiz hərbi aerodromlarından istifadə barədə Azərbaycan tərəfi ilə müzakirə etmək olmuşdur.

Aparılan araşdırmalara əsasən, Azərbaycanda 16 istifadəsiz hərbi aerodrom vardır və bu tədbirlərin nəticəsində artıq onlardan 4-ü öz fəaliyyətini bərpa etmişdir. Azərbaycan dövləti hal-hazırda digər aerodromların da işə düşməsinə çalışır. 4 aerodromun sionistlərə icarəyə verilməsi də bu məqsədlə həyata keçirilmişdir».


Geri qayıt