Əsas Səhifə > Gündəm, Manşet > DEPUTATMIZIN 2 MİLYON XƏRCİ ÇIXIB
DEPUTATMIZIN 2 MİLYON XƏRCİ ÇIXIB27-04-2012, 11:45 |
]XARİCDƏ MÜĞƏNNİLƏR, BİZ DƏ İSƏ SİYASƏTÇİLƏR MAQAZİN XƏBƏRİ YARADIR DİA.AZ: - Artıq hansısa məmurumuzun və yaxud da millət vəkilinin bahalı alış-veriş etməsinə hər birimiz vərdiş etmişik. Necə də olmalıdır ki? Pul varsa, onu xərcləməlidirlər. Lakin bizim bu məsələdə digər normal ölkələrlə əsas fərqimiz ondadır ki, başqa ünvanlarda bu kimi bahalı alış-verişləri adətən siyasət adamları etmirlər. Məsələn, milyonçular və yaxud da imkanlı sənətçilər belə alış-verişləri ilə maqazin səhifələrinin bəzəyi olurlar. İştə burası Azərbaycan və bu Azərbaycanın çox, hələ çox mütənasib olmayan işlərinə şahidlik edəcəyik. Elə DİA.AZ redaksiyasına daxil olan son məlumatlardan biri də bu kimi olayla bağlıdır. Məlumatlı qaynağın iddialarından belə aydın olur ki, bu günlərdə Türkiyədə səfərdə olarkən Azərbaycanın çox tanınmış deputatlarından biri qiyməti 2 milyon dollara olan bir kolyeni «Koza Altın» şirkətinin sərgisindən əldə edib. Bu barədə məlumatı verən mənbəmiz iddia edir ki, həmin millət vəkilinin belə bahalı alış-verişdə bulunması da səbəbsiz olmayıb. Mənbəmizin söylədikləri: «Bir neçə dəfə həmin deputatımızla bağlı məlumatlar mətbuatda üstüörtülü şəkildə də olsa yer alıb. Söhbət onun bahalı zinət əşyalarına olan marağından gedir. Bu, deputatımızın «aktivinə» yazılacaq 4-cü bahalı alış-verişdir. Əldə etdiyi zinət əşyasının isə həm də antikvar məhsul kimi dəyərləndirmək də olar» Onu da bildirək ki, həmin deputatın kimliyi barədə redaksiyamızda dolğun bilgilər olsa da, həm etik normalar və həm də KİV haqqında qanun səbəbindən dəqiq bilgiləri aça bilmirik. Bizi izləyin… Geri qayıt |