Əsas Səhifə > Hadisə > TƏHSİL NAZİRLİYİNİN DAHA BİR RIÇAĞI ƏLDƏN ÇIXDI

TƏHSİL NAZİRLİYİNİN DAHA BİR RIÇAĞI ƏLDƏN ÇIXDI


27-04-2012, 10:25
TƏHSİL NAZİRLİYİNİN DAHA BİR RIÇAĞI ƏLDƏN ÇIXDI

İNDİ REKTORLAR FƏNNLƏRİ MÜƏYYƏN EDƏCƏK

Azərbaycandakı ali məktəblərdə tədris olunan fənləri müəyyənləşdirmək həmin təhsil müəssisələrinin özlərinə həvalə olunacaq. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, indi eyni ixtisas bir neçə ali məktəbdə tədris olunursa, həmin məktəblərin hamısında eyni fənlər keçilir. İxtisaslar üzrə hansı fənlərin keçilməsini isə Təhsil Nazirliyində ixtisaslar üzrə yaradılmış işçi qrupları müəyyən edir.

Nazirlik tərəfindən hazırlanmış yeni standartlarda isə bu səlahiyyət ali məktəblərin özlərinə verilir. Bununla da ali təhsil müəssisəsələrinin sərbəstliyi artacaq. Artıq məktəblər özləri hansı ixtisaslar üzrə hansı fənlərin keçiləcəyini müəyyənləşdirəcəklər. Bunun üçün ixtisas müəllimləri və mütəxəssislərinin fikirləri əsas götürüləcək.


Geri qayıt