Əsas Səhifə > Hadisə, Manşet > NAZİRLƏ MÜAVİNİ ÜZ-ÜZƏ GƏLƏSİ OLDULAR

NAZİRLƏ MÜAVİNİ ÜZ-ÜZƏ GƏLƏSİ OLDULAR


26-04-2012, 16:48
NAZİRLƏ MÜAVİNİ ÜZ-ÜZƏ GƏLƏSİ OLDULAR

MİSİR MƏRDANOV NİZAMİ XUDİYEVİ MÜAVİN KİMİ GÖRMƏK İSTƏYİB

DİA.AZ: - Son günlər əməlli-başlı «tərkisilah» edilən təhsil naziri Misir Mərdanova bir yandan da yeni müavini Qulu Novruzov tərəfindən basqıların edilməsi TN şefini əməlli-başlı tədirgin edib. Bu barədə məlumatı DİA.AZ-a nazirlikdəki qaynaqlar çatdırıblar.

Xatırladaq ki, tələb qəbulu prosesinin ardından bu günlərdə prezidentin müvafiq qərarı ilə Misir Mərdanov eyni zamanda orta məktəblərdəki buraxılış imtahanları mexanizminə nəzarət rıçaqlarını da əldən vermiş oldu. Bununla da Mərdanovun gəlir imkanları çox ciddi şəkildə məhdudlaşdırıldı.

Məlumatlı mənbə idda edir ki, hazırda Misir Mərdanovun heç bir təsir imkanı yoxdur: «Nazirliyin bütün işlərini keçən ilin sentyabr ayında nazir müavini təyin edilən Qulu Novruzov həyata keçirir. Misir Mərdanovun təkcə hansısa sənədə imza atmasına ehtiyac var. Başqa yerdə sözü keçərli deyil».

Mənbəmiz bildirir ki, hətta bu günlərdə nazirliyə yeni müavinlərin gətirilməsi ilə bağlı hakimiyyətin yüksəkranqlı məmurlarından biri ilə aparılan danışıqlar zamanı da Qulu Novruzovla Misir Mərdanovun sözü çəp gəlib: «Həmin müzakirədə məqsəd boş qalan nazir müavini postlarına yeni kadrların müəyyənləşdirilməsində TN-nin nəyi necə düşünməsini öyrənməkdən ibarət olub. Amma Misir Mərdanov fərqli düşünüb, hazırda nazirliyi idarə edən Qulu Novruzov tamam fərqli».

Məlumatlarda iddia olunur ki, Misir Mərdanov təhsil nazirinin müavini postuna keçmiş AzTV rəhbəri Nizami Xudiyevin namizədliyini irəli sürsə də, Qulu Novruzov buna kəskin şəkildə etiraz edib və hətta Misir Mərdanovu qruppabazlıqda da ittiham edib.


Geri qayıt