Əsas Səhifə > Güney Press / Manşet > VƏHABİLƏR BAKI KƏNDLƏRİNƏ GEDƏCƏK

VƏHABİLƏR BAKI KƏNDLƏRİNƏ GEDƏCƏK


26-04-2012, 16:14
VƏHABİLƏR BAKI KƏNDLƏRİNƏ GEDƏCƏK

KÜVEYFTLƏ RƏSMİ BAKI ARASINDA MƏSCİD ANLAŞMASI

DİA.AZ: - Son zamanlar dini ekstremistlərə qarşı ciddi mübarizə aparan rəsmi Bakı paralel olaraq dindarların ürəyincə olan bir sıra addımlara da imza atır. Məsələn, bu günlərdə aydın oldu ki, konkret olaraq səhiyyə nazirliyinin strukturlarında inanclı insanların ibadət göstərə bilmələri üçün müvafiq yerlər ayrılacaq. Eyni zamanda anoloji addımların digər dövlət qurumlarında da atılacağı barədə xəbərlər yayılıb.

Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, hakimiyyət tək bununla kifayətlənmək niyyətində deyil və son günlər Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçılarının hədəfində olan vəhabi təriqəti mənsublarının da könlünün alınması planlaşdırılır. Burada söhbət təbii ki, xavariclərlərdən yox, nisbətən yumşaq vəhabi qanadı hesab olunan sələfilərdən gedir.

Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, rəsmi Bakı Küveyt dövləti ilə danışıqların sonucu olaraq azərbaycan vəhabilərinə yeni məscid inşa etmələri üçün torpaq sahəsi ayırmağa razılıq verib: В«Məlumdur ki, vəhabilər Küveyt dövlətinin himayəsi altındadır. Və В«Əbu-BəkrВ» məscidi bağlandıqdan sonra bu ölkə Azərbaycanı etdiyi yardımları kəsəcəyi ilə hədələmişdiВ»

Artıq tərəflərin arasında anlaşma əldə olunduğunu bildirən qaynaq onu da iddia edir ki, vəhabilərə Bakının Kürdəxanı və Nardaran kəndlərinin aralığında yerləşən Ləiş bağlarının yaxınlığında yeni məscid tikmələri üçün yer ayrılması planlaşdırılır.

Geri qayıt