Əsas Səhifə > Güney Press / Manşet > AYAZ MÜTƏLLİBOVUN HƏYATINDA İLK DƏFƏ

AYAZ MÜTƏLLİBOVUN HƏYATINDA İLK DƏFƏ


26-04-2012, 14:52
AYAZ MÜTƏLLİBOVUN HƏYATINDA İLK DƏFƏ

KEÇMİŞ PREZİDENTƏ ŞƏXSİYYƏT VƏSİQƏSİ VERİLƏCƏK

DİA.AZ: - В«Eks-prezidentlər haqqındaВ» qanun bu ilin may ayında parlamentdəki ötəri müzakirələrin ardından hüquqi qüvvəyə minəcək ki, bundan sonra da hazırda həyatda olan yeganə sabiq prezident hesab olunan Ayaz Mütəllibov Azərbaycana dönmə şansı əldə edəcək. Bildirək ki, bu barədə redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub.

Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə DİA.AZ-a bildirir ki, artıq В«yuxarılardanВ» Ayaz Mütəllibovun şəxsiyyət vəsiqəsinin hazırlanması üçün müvafiq tapşırıqlar verilib: В«Keçmiş prezidentin Moskvadakı əlaqə nömrələri ilə də bağlantı yaranıb və Mütəllibovdan müvafiq sənədləri Bakıya göndərməsi istənilibВ».

Mənbəmiz bildirir ki, eləcə də Ayaz Mütəllibovun Azərbaycan arxivlərindəki sənədləri də müvafiq olaraq polis idarəsinə təhvil verilib. Bu isə o deməkdir ki, rəsmi Bakı keçmiş prezidentin gəlişilə bağlı hüquqi addımları atmaqdadır və şəxsiyyət vəsiqəsinin ardından onun ümumvətəndaş pasportu da hazıirlanacaq.

Geri qayıt