Əsas Səhifə > Hadisə, Manşet > DAHA İKİ İCRA BAŞÇISININ GÜNÜ QARALIR
DAHA İKİ İCRA BAŞÇISININ GÜNÜ QARALIR26-04-2012, 14:06 |
NİZAMİ SADIQOVLA BAĞLI AĞDAMDA İMZATOPLAMA KAMPANİYASI BAŞLADI DİA.AZ: - Hakimiyyətin icra başçıları ilə bağlı islahatları bundan sonra da davam edəcək. Bu barədə məlumat redaksiyamıza bilgili qaynaqlardan daxil olub. Mənbə DİA.AZ-a bildirib ki, yaxın günlərdə daha üç rayonun rəhbəri dəyişdiriləcə. Onlardan biri Şəmsəddin Xanbabayevdir ki, onun Xaçmazdan alınaraq Bakının Xətai rayonuna rəhbər təyin edilməsi gözlənilir, digər ikisi isə Bakının Xətai və Ağdam rayonlarının icra başçılarıdır. Mötəbər mənbə redaksiyamıza ötürdüyü xəbərində vurğulayır ki, həm Xətainin başçısı Razim Məmmədovun və həm də Ağdama rəhbərlik edən Nizami Sadıqovun durumu ağırdır: «Məlumdur ki, Razim Məmmədovun adı «GEN» MMC ilə bağlı qalmaqalda hallandırılır və iddialara görə, icra başçısı sözügedən tikinti şirkəti ilə əl-ələ verərək sakinlərin pullarını bərabər şəkildə mənimsəyib. Artıq bu faktın istintaq orqanları tərəfindən də araşdırılmasını nəzərə alsaq, Razim Məmmədovun yol üstündə olduğunu söyləyəmək olar». Mənbəmiz bildirir ki, Razim Məmmədova Şəmsəddin Xanbabayevdən fərqli olaraq yeni vəzifə verilməyəcək: «Əksinə, onun «dəridən çıxarılması» daha çox gözləniləndir». Eyni qaydada Nizami Sadıqovun da hədəfə çevrildiyini idda edən qaynaq bildirir ki, artıq bununla bağlı Ağdamın özündə də bir kampaniyaya start verilib: «Maraqlıdır ki, bu kampaniyanın təşkilatçıları yerli məmurlardır. Ağdamın nüfuzlu ağsaqqallarının və eləcə də tanınmış ziyalılarının imzası ilə prezidentə müraciət hazırlanır və həmin müraciətdə Ağdamdadakı real durum təsvir olunmaqla yanaşı, bu məsələdə başçının suçlu olması da xüsusi olaraq vurğulanacaq». Geri qayıt |