Əsas Səhifə > Siyasət, Manşet > GENERALIMIZIN ADI BEYNƏLXALQ QALMAQALDA

GENERALIMIZIN ADI BEYNƏLXALQ QALMAQALDA


26-04-2012, 12:12
GENERALIMIZIN ADI BEYNƏLXALQ QALMAQALDA

DUBAY MƏHKƏMƏSİ GENERAL QIZI İLƏ BAĞLI YENİ FAKTLAR ÜZƏ ÇIXARIB

DİA.AZ: - Bir müddət bundan öncə yerli mətbuatda Azərbaycanın güc orqanlarından birində çalışan generallardan birinin qızının yəhudi əsilli iş adamı ilə onun azıərbaycanlı ortağını aldatdığına görə Dubay məhkəməsi tərəfindən məsuliyyətə cəlb edilməsindən bəhs etmişdik.

Qeyd olunmuşdu ki, Ceyran adlı rəfiqəsi ilə birlikdə sözügedən biznesmenlərdən 8 milyon dollar alaraq, onların biznes proyektlərinin reallaşdırmasına yardım edəcəyini bildirən fırıldaqçı cütlük, aldıqları vəsait qarşsında heç bir iş görməmiş, bütün bu pulları Dubayın əyləncə məkanlarında xərcləyərək bir neçə ay kraliçalara məxsus dəbdəbəli həyat tərzi sürmüşdür. Lakin aldadıldıqlarını başa düşən iş adamlarının Dubay məhkəməsinə müraciətindən sonra işi araşdıran məhkəmə, general qızının Ceyran adlı rəfiqəsini həbs etmiş, çinovnikin qızı isə Azərbaycana qaçmaqla canını qurtara bilmişdir.

Ötən gün məlum məsələ ilə bağlı DİA.AZ-a müraciət edən etibarlı mənbə general qızının Birləşmiş Ərəb Əmirliyinə gətirilməsi ilə bağlı məhkəmə tərəfindən müvafiq qərarın verildiyini bildirib. Mənbənin sözlərinə görə, məhkəmə tərəfindən belə bir qərarın verilməsinə səbəb rəfiqələr tərəfindən aldadılan daha bir neçə şəxsin məhkəməyə müraciət etməsi olub: «General qızının işi üzrə məhkəmə prosesinin başa çatmaq üzrə olduğu bir məqamda daha bir neçə şəxsin Dubay məhkəməsinə üz tutması məhkəmə prosesinin yeni iddialar əsasında yenidən fəaliyyətə başlamasına səbəb olub. İrəli sürülən iddialarda Ceyran adlı şəxslə yanaşı general qızının adı da yer aldığı üçün məhkəmə milyonlar hesabına zaminə buraxılan qızın yenidən Dubaya gətirilməsini zəruri hesab edib. Odur ki, Azərbaycanda gizlənən məmur qızının Birləşmiş Ərəb Əmirliyinə gətirilməsi üçün rəsmi Bakıya beynəlxalq prosedurun tələbləri əsasında müraciət ediləcəyi gözlənilir».

Mənbənin bildirdiyinə görə, aprelin 29-da keçiriləcək növbəti məhkəmə prosesində yeni iddiaların araşdırılması prosesi həyata keçiriləcək: «Aprelin 29-da Dubay məhkəməsində general qızı və onun rəfiqəsi ilə bağlı növbəti məhkəmə prosesi start götürəcək. Keçiriləcək məhkəmədə irəli sürülən yeni iddiaların araşdırılması təmin ediləcək ki, bu da sözgedən rəfiqələrin onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirəcək».

Mənbənin məlumatına görə, general qızının Dubaya gələcəyi təqdirdə məhkəmə qərarı əsasında həbs olunacağı şəksiz olduğu üçün, azərbaycanlı general qızını məhkəmə qarşısına çıxartmaq istəmir: «Fırıldaqçı qız atası yaxşı bilir ki, əgər qızı məhkəmə qarşısına çıxarılarsa, bu kəs onun azadlığını heç bir zaminlə almaq mümkün olmayacaqdır. Məhz buna görə də qızını məhkəmədən gizlədən general ara sakitləşənə kimi gözləmək fikrindədir. Lakin general yaxşı bilir ki, əgər Dubay məhkəməsi tərəfindən Azərbaycana hər hansı bir çağırış və ya müraciət daxil olarsa, o zaman olayları ölkə başçısının diqqətindən kənarda saxlamaq mümkün olmayacaqdır. Prezidentin məsələdən xəbər tutması isə ən yaxşı halda həmin generalın vəzifədən azad edilməsi və onun çalışdığı quruma olan etimadın daha da azalmasına səbəb olacaqdır. Odur ki, proseslərin necə və hansı məcrada inkişaf edəcəyini hələlik qəti olaraq söyləmək mümkün deyil».

Mövzunu diqqətdə saxlayacayıq.

Geri qayıt