Əsas Səhifə > Ölkə > BU DƏFƏ AZƏRBAYCAN ERMƏNİSTANA PROBLEM YARATDI
BU DƏFƏ AZƏRBAYCAN ERMƏNİSTANA PROBLEM YARATDI26-04-2012, 12:05 |
“AMNESTY INTERNATIONAL” TƏLƏB ETDİ Ermənistan hakimiyyəti söz azadlığını müdafiə etməli və Azərbaycan filmləri festivalının təşkilatçılarının təhlükəsizliyini təmin etməlidir. Ermənistanda hüquq müdafiəçisi Georgi Vanyana hücumdan sonra Amnesty International bu bəyanatla çıxış edib Amnesty International Ermənistanı bu hücumu tez bir zamanda və qərəzsiz araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Təşkilat Ermənistan hakimiyyətinin festival təşkilatçılarını müdafiə etməkdən imtina etməsindən dərin narahatlığını bildirib. “Stop” kinofestivalında məqsəd ermənilərə Azərbaycan mədəniyyətini göstərmək idi və Qarabağda münaqişə səbəbindən pozulmuş münasibətləri bərpa etməyə cəhd etmək olar. Aprelin 12-də Gümrüdə onlarla nümayişçi festivalın keçirilməsinin qarşısını alaraq onun təşkilatçısı, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyana hücum etdikdən sonra festival ləğv olunub. O, şəhəri tərk etməyə və festivalı ləğv etməyə məcbur olub. Həmin gün Vanyan bəyanatla çıxış edərək yerli hakimiyyətin hədələrinə məruz qaldığını bildirib. Gümrüdə festival ləğv edildikdən sonra təşkilatçılar tədbirin aprelin 17-də Vanadzorda Helsinki Vətəndaş Assambleyasının ofisində keçirmək barədə planlarını açıqlayıblar. Lakin festivala bir gün qalmış tələbələr, siyasi xadimlər, keçmiş hərbçilər və yerli administrasiyasının nümayəndələrindən ibarət 200-ə yaxın adam HVA-nın ofisinin qarşısında toplaşıb. Qarabağ Müharibəsi Veteranları İttifaqının nümayəndəsinin rəhbərliyi ilə etirazçılar “Satqınlar!”, “Ar olsun!”, “Türklər!” şüarlarını səsləndirərək tədbirin ləğv olunmasını tələb ediblər. Etirazçıların bir neçəsi HVA-nın ofisinə girərək avadanlıqları sındırıb, ofisdə olan adamları təhqir edib, söyüblər. Ofisin pəncərələri sındırılıb, əməkdaşlardan biri yaralanıb. Bir neçə polis nümayişçiləri müşayiət etsə də, əməkdaşların təhlükəsizliyini təmin etmək və zorakılıq aktlarına son qoymaq üçün heç bir tədbir görməyiblər. Aprelin 17-də Loriya vilayətinin prokuroru faktiki olaraq adamların hərəkətlərinə bəraət qazandırıb və ictimai asayişin pozulduğunu bildirib. Amnesty International Ermənistan hakimiyyətinə xatırladır ki, festival təşkilatçılarını hücumlardan qoruya bilməyən iqtidar öz vətəndaşlarının söz azadlığının təminatı üzrə beynəlxalq öhdəliklərinmi də yerinə yetirə bilmir. * Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi əvvəllər də (200-9, 2010 və 2011-cu illərdə) Azərbaycan filmlərinin festivalının təşkilinə cəhd göstərib. Hər dəfə hədə və təzyiqlər səbəbindən tədbir baş tutmayıb. Builki festivalda siyasi xarakterli olmayan dörd qısametrajlı filmin nümayişi nəzərdə tutulmuşdu. Geri qayıt |