Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR ƏLİYEVİN OBYEKTLƏRİ İFŞA OLUNUR
ETİBAR ƏLİYEVİN OBYEKTLƏRİ İFŞA OLUNUR25-04-2012, 18:51 |
![]() HƏBSDƏ OLAN BANKİR OBYEKTİ BARƏDƏ MƏLUMATI NECƏ MASKİROVKA EDİB? DİA.AZ: - Hazırda həbsdə saxlanılan В«TexnikaBankВ»ın müşahidə şurasının sabiq sədri Etibar Əliyevlə bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Məlum olur ki, Etibar Əliyev xalqın cibindən oğurladığı pulları eyni zamanda ayrı-ayrı obyektlərə yatırım kimi qoyub. İndi isə həmin obyektlərdən biri ilə bağlı DİA.AZ-a faktlar ötürülüb. Məlumatı verən mənbə iddia edir ki, Tovuzun Düz Qıraqlı kəndində yerləşən В«OcaqВ» restoranı əslində Etibar Əliyevə məxsusdur. Halbuki dünənə qədər yerli sakinlər həmin obyektin deputat Qənirə Paşayevanın qardaşına məxsus olması barədə bilgili imişlər. ![]() Mənbəmiz bildirir ki, Etibar Əliyev həmin obyektinin Hüseyn Paşayevə məxsus olması barədə şaiyələri də özü bilərəkdən yayıb və burada başlıca məqsədi əgər bir tərəfdən vergidən yayınmaq olubsa, digər tərəfdən özünün obyektləri barədə ictimaiyyəti məlumatsız saxlamaq olub. İndi isə bu faktların üstünün açıldığını bildirən mənbəmiz vurğulayır ki, Etibar Əliyevə məxsus В«MolbulakВ» BOKT son zamanlar Tovuz-Qazaç regionu sakinlərinə 45-58 faizlə kredit də verməklə əhalinin qanını içirmiş. Geri qayıt |