Əsas Səhifə > Gündəm, Manşet > BAKI MERİ «GÜL BAYRAMI»NA PUL TAPDI

BAKI MERİ «GÜL BAYRAMI»NA PUL TAPDI


25-04-2012, 12:45
BAKI MERİ «GÜL BAYRAMI»NA PUL TAPDI

HACIBALA ABUTALIBOV HƏM KÖHNƏ BORCU, HƏM DƏ TƏZƏ XƏRCİ ÖDƏTDİRİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov keçən il təşkil olunan «Gül Bayramı»na sərf olunan gülləri təqdim edən xarici şirkətə borclu qaldığından iş hətta məhkəmə səviyyəsinə qədər yüsəlib. Bu barədə yayılan xəbərlərdə də bildirilirdi ki, Bakı merinin 3 milyon ABŞ dolları həcmində şirkətə borcu qalsa da, həmin pulun ödənilməsi yönündə heç bir addım atmaq istəmirdi.

Lakin növbəti «Gül Bayramı»nın yetişməsi, həmçinin Bakı meriyasının pulunu ödəməkdən imtina etdiyi xarici şirkətin Azərbaycanla bağlı biznes mühitində mənfi rəyi açıqlaması Hacıbala Abutalıbovu geriyə addım atmağa vadar edib.

Bu barədə DİA.AZ-a hökumət içindək qaynaqlardan ötürülən məlumatlardan aydın olur ki, artıq Bakı meri həm köhnə borcun və həm də təzə xərcin ödənilməsi üçün maliyyə qaynaqlarını müəyyən edib: «Bu vəsaitin formalaşması üçün təxminən 100-ə yaxın sahibkar cəlb edilib və onların hər birinin üzərinə çox ciddi həcmdə pul öhdəliyi qoyulub. Təxminən 400-500 min manat arası. Yerdə qalan vəsait isə Bakı meriyasının və həmçinin ARDNŞ-dən ayrılacaq pulların hesabına qapadılacaq. Yəni Hacıbala Abutalıbov həm köhnə borcu və həm də təzə xərci sahibkarların hesabına ödəmək niyyətindədir».

Onu da xatırladaq ki, hər il Azərbaycanda mərhum prezident Heydər Əliyevin doğum günündə «Gül Bayramı» keçirilir və bir törənin təşkili üçün təxminən 3 milyon ABŞ dolları həcmində pulun xərcləndiyi bildirilir. Keçən il isə Bakı meriyası əməkdaşlıq etdiyi şirkətə rəsmən atmışdı. Ki, bu da sonda az qala beynəlxalq qalmaqala belə nədən ola bilərdi.

Hətta bildirilirdi ki, bu məsələ üzündən Hacıbala Abutalıbov «yuxarıların» da hədəfinə çevrilmişdi. Lakin sonda çıxış yolu tapan Abutalıbov bir daha «kəfəni yırtmağı» bacardı».


Geri qayıt