Əsas Səhifə > Siyasət, Manşet > SABİRABADIN İCRA BAŞÇISI DA «VURULUR»
SABİRABADIN İCRA BAŞÇISI DA «VURULUR»25-04-2012, 12:16 |
VƏZİFƏDƏ YENİ OLMASINA BAXMAYARAQ BAŞÇI «YUXARILARI»N HƏDƏFİNDƏDİR DİA.AZ: - Son zamanlar kütləvi etirazların episentrinə çevrilən Sabirabad rayonu özünün həssaslığı ilə diqqətləri cəlb etməkdədir. Doğrudur, burada əhalinin üzləşdiyi problemlərin bolluğu da yetərincə cəlbedicidir. Ən azından sel fəlakətinin daha çox bu rayona zərər vurması faktı mövcuddur. Amma sakinlərin xüsusi aktivliyini də nəzərdə qaçırmaq olmaz. Elə buna görədir ki, Sabirabad rayonunda bir neçə gün əvvəl kütləi həbslər həyata keçirildi və hətta «Kür» Vətəndaş Qərərgahının koordinatoru Oqtay Gülalıyev də Sabirabad polisi tərəfindən həbs edildi. Bununla bağlı Nazirlər Kabinetindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən məlumatda bildirilir ki, Kürqırağı rayonların üzləşdikləri problemlər və xüsusən də Sabirabad və İmişli rayonlarında yaşanılan olaylar bu günlər hökumət tərəfindən ciddi şəkildə müzakirə olunub: «Müzakirələr zamanı hər iki rayonunun icra başçısının fəaliyyətin gözdən keçirilib. Və nəticədə İmişlinin icra başçısı Əbülfəz Ağayevin dərhal vəzifəsindən çıxarılması qərarı verilib. Çünki məlum olub ki, icra başçısı yuxarıdan verilən təlimatları «lazımi şəkildə» uyğulamayıb». Mənbəmiz bildirir ki, eyni zamanda Sabirabad rayonunun icra hakimiyyətinin başçısı Nazim İsmayılovun da fəaliyyəti təftiş edilib. Qeyd edək ki, Nazim İsmayılov vəzifəsində yenidir və ondan əvvəlki sələfi də məhz sel fəlakəti qurbanlarının davamlı etirazlarının güdazına getmişdi. Redaksiyamıza ötürülən məlumata görə, Nazim İsmayılovun da durumu ağırdır: «Ona sonuncu dəfə xəbərdarlıq edilib və rayondakı vəziyyətin nəzarət altına alınması yönündə tapşırıqlar verilib. Hətta konkret olaraq bir aylıq müddət də tanınıb. Əgər Nazim İsmayılov bu sürə boyunca tapşırılan işin öhdəsindən layiqincə gəlməzsə, onun vəzifə başındakı müddətin qısalılığı belə nəzərə alınmadan tutduğu postundan azad ediləcək». Mənbəmiz sonda onu da bildirdi ki, daha bir neçə rayonunun icra başçısına da bu şəkildə xəbərdarlıqlar edilərək, onlara vaxt verilib. Geri qayıt |