Əsas Səhifə > Gündəm, Manşet > QAZAXDA HAVAYA SOVRULAN MİLYONLAR

QAZAXDA HAVAYA SOVRULAN MİLYONLAR


25-04-2012, 11:41
QAZAXDA HAVAYA SOVRULAN MİLYONLAR

PREZİDENT GƏLİŞİ ŞƏRƏFİNƏ ƏKİLƏN BAHALI ŞAM AĞACLARI QURUMAQDADIR

DİA.AZ: - Qəribədir, istər Qazaxda, istərsə də ölkənin digər rayonlarında bir ali qonaq gəlməmişdən qabaq tələm-tələsik yollar süpürülür, səki kənarları rənglənir, hansısa bir sosial və ya istehsal obyekti “anındaca” tikilərək açılışı qonağa tapşırılır. Bu yaxınlarda ölkə başçısı İlham Əliyev də gəlməmişdən iki ay qabaq yuxarıda adını sadaladığımız məsələlər də idarə və müəssisə rəhbərlərinin ŞƏXSİ imkanları hesabına görüldü.

DİA.AZ-a bu barədə rayondakı qaynaqlardan verilən məlumata görə, Qazax rayonu ərazisinə qiyməti 5 manatdan olmaqla minlərlə körpə şam ağacları da hara gəldi basdırıldı: “Budur, Qazax şəhərinin çıxacağından Daş Salahlı kəndinin girəcəyinə qədər prezident gəlişi ilə xıra basdırılmış həmin şam ağacları qurumaqdadır. Təxmini 15-20 minə qədər olan həmin şamlar suvarılsa belə, dirçələn deyil. Gözgörəsi minlərlə manat vəsait artıq havaya sovrulmuşdur”.

Bununla bağlı redaksiyamıza müraciət edən Qazax sakinləri dolanışıqlarının ağır olduğu dönəmdə həmin pulların rayon sakinlərinin rifah halının artırılmasına yönəldilməsinin daha doğru olduğunu söyləyərək gileylənirlər: “Axı, bu nəyə lazım idi? Biz kimi aldadırıq?”

Sakinlər bildirir ki, rayona yeni icra başçısı gəlsə də, komanda köhnədir: “Təbii ki, köhnə komanda da köhnə üsulla işləyəcək. Yenə əvvəlki məmur özbaşınalığı, yenə əvvəlki naazılıqlar”...

Geri qayıt