Əsas Səhifə > Hadisə > HƏR KƏSİ ÜZƏCƏK ŞOK OLAY
HƏR KƏSİ ÜZƏCƏK ŞOK OLAY24-04-2012, 14:11 |
LERİKDƏ FİLM KİMİ AİLƏ FACİƏSİ Lerik rayonunda bir ailə yasa dönüb. Belə ki, rayonun Çayrud kəndində bir-birinin ardından baş verən itkilər bir ailənin faciəsinə səbəb olub. Bu gün torpağa tapşırılan ailənin 3 üzvü - Əliyev Əbülfət Əsgər oğlu, Əliyev Vəliməmməd Xanrıza oğlu və Əliyev Ulduz Xanrza oğlunun ölümü kəndi matəm ab-havasına çevirib. “Qafqazinfo”nun məlumatına görə, hər şey ata Xanrza Əliyevin vəfatından sonra başlayır. Atasının dəfn mərasimindən Rusiyaya qayıdan Əliyev qardaşlarına yenidən ağır itki üz verir. Əbülfət Əliyev Rusiyanın Orenburq vilayətində ağır yol qəzasına düşərək həlak olur. Faciədən xəbər tutan Əliyev qardaşları özlərinə məxsus avtomobillə cənazəni vətənə gətirmək üçün Orenburqa yola düşürlər. Bu dəfə Volqoqrad şəhərinin yaxınlığında ağır yol qəzası baş verir və hadisə yerində hər iki qardaş faciəvi şəkildə həlak olur. Həlak olanlar Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanı Elxan Əlibəylinin yaxın qohumlarıdır. Geri qayıt |