Əsas Səhifə > Ölkə > NATİQ ƏLİYEV RÖVNƏQ ABDULLAYEVƏ QARŞI
NATİQ ƏLİYEV RÖVNƏQ ABDULLAYEVƏ QARŞI24-04-2012, 12:09 |
NAZİR ARDNŞ ŞEFİNİ TƏKZİB EDİR Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) keçmiş prezidenti, sənaye və energetika naziri Natiq Əliyev şirkətə məxsus torpaqlarda qanunsuz tikililər aparılması məsələsinə münasibət bildirib. “APA-ECONOMICS”in xəbərinə görə, N. Əliyev ARDNŞ-a rəhbərlik etdiyi dövrdə şirkətə məxsus torpaqlarda qanunsuz tikintilər aparılmadığını bəyan edib. “Bu qanunsuz evlərin mənim dövrümdə tikilməsi barədə səslənən fikirlər doğru deyil. Biz bununla məşğul olmamışıq. Mənim ARDNŞ prezidenti kimi sərəncamım olub ki, şirkətə lazımsız, qazma və hasilat işlərinin aparılmadığı torpaqlar Bakı Şəhər İcra Hakimiyyətinə verilsin. ARDNŞ-a məxsus torpaqlar vətəndaşlara bələdiyyələr tərəfindən verilibsə, bu o demək deyil ki, biz bu məsələdə iştirak etmişik” - deyə nazir qeyd edib. Qeyd edək ki, ARDNŞ-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft quyularının mühafizə zolağında tikilmiş qanunsuz evlərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəməyə təqdim edilib. İndiyədək 2 444 iddia ərizəsi üzrə məhkəmə işi yekunlaşıb. Geri qayıt |