Əsas Səhifə > Hadisə, Manşet > MİSİR MƏRDANOV ORXAN KƏRİMOVLA BARIŞIB
MİSİR MƏRDANOV ORXAN KƏRİMOVLA BARIŞIB23-04-2012, 15:31 |
TN-NİN QURBAN VERİLMİŞ ƏMƏKDAŞI AZADLIĞA ÇIXA BİLƏR DİA.AZ: - Keçən il antikorrupsiya tədbirlərinin şıdırğı vaxtında bütün təhsil sistemi adına nazir Misir Mərdanovun qurban verdiyi təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin keçmiş əməkdaşı Orxan Kərimovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl Orxan Kərimovun məhkəmədə şok faktları açıqlayacağı haqda məlumat vermişdik. Və bildirmişdik ki, Orxan Kərimov birbaşa olaraq Misir Mərdanovun özünü hüquq-mühafizə orqanlarının və Azərbaycan qanunlarının hədəfinə çevirəcək faktlara, konkret sənəd-sübutlara malikdir ki, həmin dəlillərin də adıkeçən şəxsin məhkəməsində açıqlanma ehtimalları var. Məhz bu səbəbdən Misir Mərdanovun təlaşa düşdüyünü söyləyən mənbəmiz DİA.AZ-a bildirib ki, nazir artıq bir neçə dəfə həbsxanaya danışıqlar üçün öz elçilərini də göndərib. Qeyd edək ki, bu barədə də məlumatı vermişdik. Son xəbərdə isə vurğulanır ki, artıq tərəflər arasında razılıq əldə olunub. Məlumata görə, Misir Mərdanov nəhayətdə Orxan Kərimova «sənin azadlığa çıxmağına kömək edəcəm, düşmənçiliyi kənara at» şəklində ismarıc yollayıb: «Məlumdur ki, Misir Mərdanovun durumu çox gərgindir. Hətta vəziyyət o həddədir ki, prezident İlham Əliyev bir neçə gün əvvəl orta məktəblərdəki buraxılış imtahanlarını belə təhsil nazirliyinin kurasiyasından aldı. Bu istiqamət isə Misir Mərdanovun əlində qalan əsas gəlir mənbələrindən biri idi. Və bu qərarın verilməsi həm də o deməkdir ki, Misir Mərdanova qarşı yeni hücumlar da ola bilər». Məhz belə bir şəraitdə Misir Mərdanovun həbs etdirdiyi Orxan Kərimov tərəfindən də hədəfə alınması nazirə heç də yaxşı nəticələr vəd etmədiyini bildirən mənbəmiz vurğuladı ki, razılığın əldə olunması əslində TN şefinin maraqlarına uyğundur: «Orxan Kərimova gəlincə isə, onun qazancı haqsız olaraq itirdiyi azadlığı olacaq». Geri qayıt |