Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > HAKİMİYYƏT İSLAHATLARA GETMƏK ZORUNDADIR

HAKİMİYYƏT İSLAHATLARA GETMƏK ZORUNDADIR


23-04-2012, 12:56
HAKİMİYYƏT İSLAHATLARA GETMƏK ZORUNDADIR

ƏKS HALDA DAXİLİ TOQQUŞMALAR ÜMUMİQTİDAR GƏMİSİNİ BATIRA BİLƏR

DİA.AZ: - «Hakimiyyət istənilən halda özünüqoruma isntinktindən imtina edə bilməz və son zamanlar cərəyan edən olayların arxasında da məhz bu faktor dayanmaqdadır». Bu açıqlamanı redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə ötürüb. Mənbə bildirir ki, son günlər artan həbsləri, hakim düşərgənin nümayiş etdirdiyi aqressiyanı da bununla əlaqələndirmək lazımdır.

Xatırladaq ki, dünənə qədər bir sıra ekspertlər «Hakimiyyət «Avroviziya» yarışması səbəbindən vətəndaş sülhünün əldə olunması naminə çox ciddi addımlar atacaq» şəklində açıqlamalar verməkdə idilər ki, bu proqnozların özünü doğrultmadığı artan həbslərlə də təsdiqlənir. Eyni zamanda YAP iqtidarının istənilən bir etirazçı kəsimə olduqca sərt reaksiya verməsi də xüsusi olaraq nəzərləri cəlb edib.

Bütün bunları diqqətə çatdıran mötəbər qaynaq DİA.AZ-a bildirdi ki, əslində burada əgər mühüm faktor kimi özünüqoruma instinkti çıxış edirsə, eyni zamanda itidar düşərgəsi daxilində cərəyan edən olayları və eyni zamanda bütünlükdə olaraq hakim elitaya sirayət etmiş parçalanma ovqatını da nəzərə almaq lazımdır: «Məlumdur ki, artıq 4-5 çox ciddi iqtidar adamı formalaşıb ki, onların hər birinin əlində çox mühüm rıçaqlar var. Hakimiyyətin bugünkü kursunu da onlar müəyyən edir və ölkədə baş verən bütün hadisələr, yeniliklər də onların iradələrinin məhsulu kimi diqqətə gəlir».

Mənbəmiz iddia edir ki, həmin qüvvələr hakimiyyəti ortaq şəkildə idarə edirlər: «Bu gün təbii ki, prezident əsas söz sahibidir. Amma onların hər biri hakimiyyət üçün əhəmiyyətli olduğundan hansısa birindən imtina qeyri-mümkün kimi görünür. Təbii, əvəzolunmaz heç nə yoxdur. Amma mövcud sistem və mexanizm hazırki hakimiyyəti qane edəcək ən ideal olanıdır».

Amma bütün bunlara rəğmən hakimiyyətin çox yaxın müddətdə onların hansısa birindən imtina edəcəyi daha çox gözləniləndir. Bu fikrini artıq həmin qüvvələrin bir-birilə toqquşması ilə əsaslandıran mənbəmiz iddia edir ki, böyük pullar uğrunda aparılan savaş hakimiyyət içində dəyişikliyi diqtə edir: «Təsəvvür edin. Bu gün siyasi müxalifət də var və onlar da mübarizə aparırlar və yaxud da belə bir görüntünü yaradırlar. Lakin siyasi müxalifətdən fərqli olaraq bir-birilərilə döyüşən hakimiyyətiçi qüvvələr nəyin uğrunda mübarizə apardıqlarının tam fərqindədirlər. Yəni onlar nələri itirə biləcəklərini və yaxud da nələri əldə edəcəklərini gözəl başa düşürlər. Və elə bu səbəbdən də onların mübarizəsi daha perpesktivlidir və daha çox ictimai təzahür imkanına malikdir».

Bu səbəbdən vəziyyətin mövcud şəraitdə sürdürülməsinin mümkünsüzlüyünü iddia edən mənbəmizə görə, yaxın zamanlarda iqtidar düşərgəsində fundamental islahatlar aparılacaq: «Əks halda, daxili toqquşmalar nəzarətdən çıxa bilər. Və bu da bütün hakim komanda üçün ağır nəticələr verə bilər».


Geri qayıt