Əsas Səhifə > Gündəm, Manşet > İRAN «AVROVİZİYA»NI HARAM ELAN ETDİ
İRAN «AVROVİZİYA»NI HARAM ELAN ETDİ23-04-2012, 11:50 |
ANTİAZƏRBAYCAN RUHLU ƏRDƏBİLİN İMAM-CÜMƏSİ GÜL AĞZINI AÇDI DİA.AZ: - Əsasən özünün antiAzərbaycan ruhlu çıxışları ilə diqqətə gələn və kökəncə Azərbaycan türkü olan qədim tür şəhəri Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili yenə də dövlətimizə qarşı çıxışları ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, əslində bir fars ajanı olan Amilinin başlıca missiyası Güney Azərbaycan türklərinin inanclarından sui-istifadə edərək, onların milli ruhunun öldürülməsindən ibarətdir. Elə buna görə də, hər cümə günü oxuducu xütbəsində Amili bir cümləlik də olsa, Quzey Azərbaycan dövlətinin əleyhinə fikir söyləyir. Və bu zaman fars-molla rejiminin ənənəvi priyomundan istifadə də unudulmur. Məqsədli olaraq Azərbaycan xalqı guya ki, təriflənir (halbuki Azərbaycan xalqı yazıq və çarəsiz kimi təqdim olunur ki, bu barədə də Amilinin danışması lap gülüncdür. Ən azından ona görə ki, əgər söhbət yazıqlıqdan gedirsə, daha çox əziləni elə Amilinin qulluq etdiyi fars-molla rejiminin əsarəti altında olan Azərbaycan xalqıdır), Azərbaycanın dövlət rəsmiləri və eləcə də Azərbaycan dövlətinin özü aşağılanır. Ki, bunun da hansı mərama xidmət etdiyi ər kəsə məlumdur. Beləliklə, «arannyus» portalında yer alan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «"Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər". Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbil şəhərində keçirilən keçən həftəki cümə namazının xütbələrində dedi: "31 il bundan qabaq 14 ordibehiştdə Amerika, İranda olan girovlarını azad etmək üçün elə bir təhqir və məğlubiyyətlə düçar oldu ki, əgər onun ölçülərinə diqqət etsək, ilahi yardım və Amerikanın sonsuz axmaqlığından başqa bir şey onda tapa bilmərik". O, Amerikanın öz hərbi zabit və əsgərləri ilə Tibsin "Əmcədiyyə" idman stadionundan İran torpaqlarına girmək və öz gümanına əsasən, bir ildırım hərəkətilə girovlarını azad etmək istəməsi hadisəsinə də işarə edərək dedi: "Əgər bu hadisənin mahiyyətinə diqqət etsək, Amerika başçılarının tədbirsizliyini görəcəyik. Onlar sadəlövhcəsinə olan planla, bir avtobus və bir helikopterlə Tehranın ortasında girovlarını azad etmək istəyirdilər". Ərdəbilin imam cüməsi xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının İngiltərədəki səfirinin "Eurovision" müsabiqəsinin yaxşı keçməsi naminə dilinə gətirdiyi rüsvayedici açıqlamasına da toxunaraq dedi: "Azərbaycan Respublikasının Londondakı səfirinin "Azərbaycan xalqı müsəlman deyil"-deməsi, həqiqətdə Bakı dövləti hakimiyyətinin mahiyyətinin üzərindən pərdəni qaldırdı və göstərdi ki, bu dövlət heç vaxt öz xalqına və onun din və düşüncəsinə hörmət etmək istəməmişdir". Amili, "Eurovision" müsabiqəsi və homoseksualların diqqətini cəlb etmək üçün belə nalayiq açıqlamanı gülünc adlandıraraq dedi: "Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər". Ərdəbil əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi xütbələrinin digər bir hissəsində "Qurani-kərimdən, xalis İslamdan, İslam Peyğəmbərinin (s) sirəsindən, həzrət Əli (ə) şiəsi olmaqdan hansı pisliyi görmüsünüz ki, ləyaqətsiz, rüsvayedici şüarlar verirsiniz?"-sualını da ortaya qoyaraq, vurğuladı: "Azərbaycan xalqının hörmət və əzəməti qorunmalıdır. Haram Eurovision və qeyri-dini proqramlara görə məzhəb və məktəbinin sual altına düşməsi bu ölkə xalqının şənində deyil"». Geri qayıt |