Əsas Səhifə > Siyasət, Manşet > SAMİR ŞƏRİFOV ŞAMAXIYA YATIRIM QOYUR

SAMİR ŞƏRİFOV ŞAMAXIYA YATIRIM QOYUR


23-04-2012, 10:29
SAMİR ŞƏRİFOV ŞAMAXIYA YATIRIM QOYUR

AMMA MALİYYƏ NAZİRİNİN OBYEKTİ ÜÇÜN VƏSAİT CAMAATDAN YIĞILIB

DİA.AZ: - Şamaxıda məmur özbaşınalığı pik həddə çatıb. Bu elə redaksiyamız rayondakı qaynaqlardan ötürülən məlumatlardan da aydın olur. Belə ki, rayondan DİA.AZ-a verilən xəbərə görə, 2011-ci ilin avqust-sentyabr aylarında Şamaxı şəhərinin sakinləri üçün yeni su xəttləri çəkilməyə, su sayğacları quraşdırmağa başladılar:

“8680 evi olan sakinlərin hər birindən bu məqsədlə 200 manat pul toplandı. Beləliklə, 8680x200=1.736000 (bir milyon yeddi yüz otuz altı min) manat pul toplandı, mənimsənildi. 8680-evin heç yarısına da su xətti çəkilmədi, bütün işlər yarımçıq saxlanıldı. Şəhərin su problemini həll etmək üçün dövlət tərəfindən buraxılan 700 min manat vəsait göyə sovruldu”.

Mənbə bildirir ki, keçən 9 ay ərzində həmin təzə çəkilən borulara bir qram da olsun su buraxılmayıb: “Əhali arasında müzakirə predmetinə çevrilən bu məsələ barədə söhbət gedir ki, dövlət tərəfindən buraxılan və əhalidən yığılan pullar mənimsənilib. Şəhərdə söz-söhbət gedir ki, həmin pullar hesabına respublikanın Maliyyə naziri Samir Şərifov şəhərin S.Ə.Şirvani küçəsində özünə 3 mərtəbəli univermaq tikdirir. Hazırda Univermaqda tamamlama işləri aparılır. Rayonun icra başçısı Asif Məmmədov isə şəhərin Heydər Əliyev küçəsində M.Ə.Sabirin heykəlinin ətrafında olan çox kiçik parkda özünəməxsus 4 mərtəbəli bank tikdirir. Şəhərin su probleminin həlli üçün dövlət tərəfindən buraxılan və əhalidən yığılan vəsaitlər cəmi: 2.436000 (iki milyon dörd yüz otuz altı min) manat açıq-aşkar mənimsənilib və heç bir iş də görülməyib. Şəhər əhalisi isə bir maşın suyu 30-40 manata alır”.


Geri qayıt