Əsas Səhifə > Gündəm, Manşet > CƏLİLABADDA ÖZƏL ANTİKORRUPSİYA
CƏLİLABADDA ÖZƏL ANTİKORRUPSİYA23-04-2012, 10:03 |
İCRA BAŞÇISI HAKİMİYYƏTİN TƏDBİRLƏRİNİ ŞƏXSİ İNHİSARINA ALINIB DİA.AZ: - Cəlilabadda korrupsiya və rüşvətxorluq pik həddinə çatıb. Rayondan verilən məlumatlarda deyilir ki, hətta verilən qurbanlar belə Cəlilabadda vəziyyəti səngitməyib. Əksinə, birbaşa olaraq icra başçısının himayə etdiyi korrupsiya maşını əvvəlki tempi ilə çalışır. Xatırladaq ki, bu ilin yanvar ayında Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulmuşdu. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Cəlilabadda səs-küylü korrupsiya hıəbslərinin keçirilməsinə baxmayaraq, problemin hələ də aktual qalmasının başlıca nədəni elə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun özü ilə bağlıdır. Xatırladaq ki, Cəlilabadın hərbi komissarının da qolları qandallanmışdı. Mənbəmiz bildirir ki, əslində Əziz Əzizov antikorrupsiya tədbirləri adı altında öz rəqiblərini sıradan çıxarır. Və həbs olunanlar, korrupsiya itiihamına tuş gələnlər də nə zamansa başçı ilə problem yaşayanlar və yaxud da başçının qəzəbinə tuş gələnlərdir. Məlumatlara görə, Əziz Əzizov Cəlilabadda antikorrupsiya tədbirlərini tam olaraq inhisarı altına alıb ki, artıq bu məsələdən “yuxarılar” xəbərdardır. Belə ki, “yuxarılara” saxta hesabatlar verərərk daha çox rəqiblərini “vurduran” başçının antikorrupsiya prosesindən sui-istifadə etməsi Prezident Administrasiyasının da diqqətini cəlb edib. Başçını ilişməsində isə bu günlərdə baş verən bir olayın müstəsna rolu olub. Bildirək ki, bu günlərdə Əziz Əzizovla biznes ortaqları arasında ciddi problem yaranıb. Bu barədə icra başçısının biznes fəaliyyətindən məlumatlı olan şəxs xəbər verib. Məlumata görə, neçə illərdir Ə.Əziziov əslən Cəlilabaddan olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yaxın adamlarla Bakıda böyük biznes şəbəkəsi qurub. Buraya əsasən şadlıq evləri, yaşayış binaları və digər obyektlər daxildi. Mənbə bildirib ki, bu obyektlərin inşasına Ə.Əziziov daha çox pul yatırdığından indi həmin obyektdəki payının da sərmayəsinə uyğun olmasını istəyir. Ancaq onun biznes ortaqları isə buna cavab olaraq bildirirlər ki, Ə.Əzizov çox pul ayırsa da Bakıda həmin obyektlərin tikilməsinə yer alınması, tikinti işinin razılaşdırılması və obyektlərin sənədləşdirilməsi onlar tərəfindən həyata keçirilib. Buna görə də onların payı daha çox olmalıdır. Bu isə tərəflər arasında ciddi mübahisə və qarşıdurma yaradıb. Ə.Əzizovun hakimiyyətdəki əsas dayağı K.Həsənov isə hələ ki, nə onun biznes ortaqları ilə dartışması, nə də hakimiyyətdə yerinin laxlaması barədə ortaya mövqe qoymayıb. Amma buna baxmayaraq, PA-dan bu olaya reaksiya gəlib. Məlumatlara görə, Əziz Əzizov rəqibləri barədə antikorupsiya idarəsinə “donos” yazdırtdırıb. Və iş də bundan sonra açılıb. Məlum olub ki, barələrində “donos” yazılanlar başçının fırlatmaq istədiyi ortaqlarıdır. Mənbəmiz bildiri ki, indi Əziz Əzizov saxta donosbazlığının hesabını vermək zorundadır. Geri qayıt |