Əsas Səhifə > Gündəm, Manşet > ABDULLA ABDULLAYEV YENİDƏN HƏDƏFDƏ
ABDULLA ABDULLAYEV YENİDƏN HƏDƏFDƏ20-04-2012, 13:07 |
AMAY ŞİRKƏTİ İLƏ BAĞLI YENİ FAKTLAR ÜZƏ ÇIXIR: ŞİKAYƏT OLUNACAQ DİA.AZ: - «AMAY şirkətindən Mehriban Əliyevaya şikayət ediləcək». Bu barədə redaksiyamıza özəl mənbələrdən biri məlumat verib. Mənbənin sözlərinə görə, AMAY şirkəti tərəfindən inşa edilən mənzillərin bir deyil, bir neçə nəfərə satılması vətəndaşların kəskin narazılığına səbəb olub. Mənbəmizin DİA.AZ-a bildirdiyinə görə, AMAY şirkətinin Atatürk prospektində, Ayna Sultanova heykəlinin arxasında inşa etdiyi yaşayış binasındakı mənzillərin eyni vaxtda bir neçə şəxsə satılması şirkətlə vətəndaşlar arasında ciddi qarşıdurmaya səbəb olub: «Sözügedən mənzillərin pulunu 3 il bundan öncə ödəyən vətəndaşlar əllərində tam ödəniş qəbzləri mənzillərinə daxil olduqları zaman digər «ev sahibləri» ilə qarşılaşıblar. Məlum olub ki, adıçəkilən şirkət sözügedən binadakı mənzilləri bir neçə nəfərə sataraq külli miqdarda vəsait əldə edib. Lakin AMAY-ın bu qazancı onlarla ailənin müflisləşməsi heabına başa gəlib. Odur ki, aldadılan vətəndaşlar öz pullarını geri almaq və ya mənzil üzərində sahiblik hüquqlarının birmənalı olaraq təsdiqlənməsi üçün şirkət rəhbərliyinə müraciət ediblər». Mənbənin sözlərinə görə, ev sahibləri problemin AMAY rəhbərliyi səviyyəsində həllinə nail olmağa çalışsa da, vətəndaşların şirkət rəhbərliyinə bəslədiyi ümidlər özünü doğrultmayıb: Aldadılan vətəndaşlar üzləşdikləri problemi ardan qaldırmaq üçün öncə şirkətin satış şöbəsinin əsas fiqurlardan biri sayılan Hacı Ramiz adlı yetkiliyə müraciət edib. Lakin baş verənlərə görə məsul olmadığını bildirən H.ramiz onları AMAY şirkətində maliyyə işləri üzrə yetkili olan Anar adlı şəxsin üstünə göndrib. Lakin digər şirkət yetkililəri kimi adıçəkilən şəxs də problemin onunla əlaqədar olmadığını bildirərək öz yaxasını məsuliyyətdən kənara çəkiub. Xeyli get-gəldən sonra problemin həllini yanlış ünvanda aradıqlarını anlayan vətəndaşlar daha ciddi tədbirlərə əl atmağı qərara alıblar». Mənbənin bildirdiyinə görə, problemlərini ölkə başçısının diqqətinə çatdırmağı qərara alan vətəndaşlar yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi planlaşdırır: «AMAY rəhbərliyinə ünvanlana şikayətlər fayda vermədiyi üçün ev sahibləri şirkət rəhbərliyi ilə bağlı etirazlarını Prezident Administrasiyası qarşısında aksiya formasında ortaya qoymağı planlaşdırır. Vətəndaşlar hesab edir ki, yalnız bu şəkildə siyasi və ictimai diqqəti öz üzərlərinə cəlb edə, əldən çıxan pullarını geri qaytara bilərlər». Paytaxtdakı bir sıra MTK-lar kimi AMAY şirkəti tərəfindən inşa olunan binaların da təftişinin Baş Prokurorluğa həvalə edildiyinə diqqət çəkən mənbə, yaxın günlərdə bu binalarda əsaslı yoxlamalar aparılacağını vurğuladı: «MTK-larla bağlı şikayətlərin sayı həddindən artıq şox olduğu üçün ölkə başçısı məsələyə nəzarət etmək, tikilən binalarda təftişlər aparmaqla bağlı Baş Prokuroqluğöa müvafiq göstəriş verib. Odur ki, yaxın günlərdə Baş Prokurorluq tərəfindən aparılacaq yoxlamalarda istər AMAY, istərsə də digər tikinti şirkətləri ilə bağlı ciddi qanun pozuntularının meydana çıxacağı istisna deyil. Bundan başqa, problemi köklü surətdə araşdırılması məqsədilə bütün zərərçəkənlərin prokurorluq əməkdaşları tərəfindən dindiriləcəyi və onlardan fərdi qaydada izahatlar alınacağı gözlənilir». Mənbə AMAY-ya məxsus qalmaqallı bina ilə bağlı daha bir məqama aydınlıq gətirdi: «AMAY şirkətinin bu binanı bir neçə il bundan öncə bir neçə milyon manatla birgə ölkəni tərk edən Hacı Vüqar adlı şəxslə ortaq inşa etdiyi güman olunur. Məhz bu səbəbdən də Hacı Vüqarın Azərbaycana gətirilməsi istiqamətində müəyyən işlər görülsə də, qaçaq fırıldaqçının hələ də qürbətdə qalmasında maraqlı olan bəzi qüvvələr bu prosesi əngəlləməkdədir. Hacı Vüqarın konkret kim tərəfindən himayə olunması isə bütün tikinti rəhbərlərinə bəllidir. Odur ki, H.Vüqarın ölkəyə gətirilməsindən sonra onun bir sıra şəxslərlə yanaşı, həm də öz himayədarı ilə bağlı ciddi açıqlamalar verəcəyi şübhəsizdir». Mənbə Baş Prokurorluqdakı araşdırmaların nəticəsindən narazı qalcaqları halda vətəndaşların Mehriban Əliyevaya müraciət edəcəyini də qeyd etdi: «Hazırda ev sahibləri Baş Prokurorluqda aparılacaq yoxlamalara böyük ümid bəsləyir və onların çoxu hesab edir ki, məhz bu yoxlamalar onların uzun müddətdir ki, davam edən problemlərini birdəfəlik həll edəcək. Ancaq bununla belə, prolurorluğun alacağı qərarlardan narazı qalacaqları təqdirdə, Mehriban Əliyevaya müraciət etməyi planlaşdırırlar ki, bu da aldaılan insanların öz qanuni haqlarını tələb etməkdə israrlı olduğunu göstərir. Vətəndaşlar güman edir ki, məhz bu qurum və şəxslərin səyi nəticəsində öz qanuni haqlarına qovuşa biləcəklər». AMAY və digər şirkətlərdə aparılacaq yoxlamaların prezidentin tikintilərin təftişi ilə bağlı Baş Prokurorluğuna verdiyi xüsusi yetki əsasında aparılacağı vurğulanır. Geri qayıt |