Əsas Səhifə > Siyasət, Manşet > QAZAXDA KORRUPSİYA TÜĞYAN EDİR
QAZAXDA KORRUPSİYA TÜĞYAN EDİR20-04-2012, 11:52 |
MÜƏLLİMLƏR İNSTİTUTUNUN QAZAX FİLİALINDA HƏR ŞEYİN QİYMƏTİ VAR DİA.AZ: - Elmi və mədəniyyəti ilə Azərbaycana çoxlu tövhələr vermiş Qazax rayonu, bu yaxınlarda Müəllimlər İnstitutunun Qazax filialında direktor, dossent İsa Veysovun gedişindən sonra instituta Gəncədən Afaq Qasımova adlı xanımın direktor təyin edilməsi onu göstərdi ki, rayonda sözügedən instituta direktor olacaq kadr yox imiş. DİA.AZ bildirir ki, Müəllimlər İnstitutunun Gəncə filialında təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Afaq Qasımovanın instituta gəlişi heç də orada çalışan pedaqoji kollektivin ürəyincə olmamışdır. Birincisi etdiyi kadr dəyişiklikləri gülünc bir vəziyyət almış, az-çox ölkədə tanınan elm adamlarının yerinə demək olar ki, elmə nisbətən nabələd adamlar qoyulmuşdur. Hətta o, özü ilə bir neçə nəfəri də Gəncədən gətirərək hansı əsaslasa institutda müxtəlif vəzifələrə işə qoymuşdur. Adicə bu gün də A.Qasımovanın sağ əli hesab edilən Təranə adlı şəxsin hansı vəzifəni daşıması da pedaqoji kollektivə müəmmalıdır. A.Qasımova gəldiyi gündən guya haqq-ədalətlə çalışacağını, sabiq direktorun buraxdığı səhvləri təkrar etməyəcəyini bəyan etmişdir. Lakin, filialda təcrübəyə gedən 3-cü və 4-cü kurslardan cəmi 240 tələbədən təcrübə rəhbəri Məlahət Nəsibovaya 50 və 100 manat məbləğində pul yığmağı tapşırmışdır. Aldığımız məlumata görə həqiqətən də müəyyən məbləğdə pul yığılaraq direktora təhvil verilmiş, lakin bu barədə rayon ictimaiyyətinə yayılan səs-küy yığılan vəsaitin geriyə qaytarılmasına gətirib çıxarılmışdır. Orada çalışan bir nəfər pedaqoji elmlər namizədinin dediyinə görə, A.Qasımova hər qurupdan dərsə gəlməyən ən azı 5 nəfər tələbəyə qiymət yazılmasını da tələb edir. Bundan əlavə institutda adı burada olub alver məqsədilə Turkiyə və Dubaya gedən, Texnologiya İnstitutunu qurtarmaqla pedaqoji sahə ilə əlaqəsi olmayan, lakin metodist vəzifəsində çalışana əmək haqqı yazılmasını da aidiyyəti adama tapşırmışdır. Xanımın direktor gəlişindən sonra institutda yenidən hazırlama üzrə sabiq direktor müavini, dosent N.Babanlının tədris işləri üzrə direktor müavini təyin edilməsi, onun yerinə isə Xasay adlı şəxsin qoyulmasına adi hal kimi baxılmışdır. Bu yaxınlarda isə Xasayın gəldiyi yerə, yəni Gəncəyə qəfildən qayıtması da institutun pedaqoji kollektivi arasında ikinci müəmma yaratmışdır. Hazırda isə Azərbycan Müəllimlər İnstitutunun Qazax filialında direktorla pedaqoji kollektiv arasında haqlı narazılıqlar yaşanmaqdadır. Bu məsələ aidiyyəti orqanlara məlum olsa da hələki onlar gözləmə mövqeyindədirlər. Nəticəsi isə yəqin ki, tezliklə ictimaiyyətə yaxından bəlli olacaqdır. İlham Hacalı müstəqil jurnalist Geri qayıt |