Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOV DANIŞDI

MİSİR MƏRDANOV DANIŞDI


20-04-2012, 11:40
MİSİR MƏRDANOV DANIŞDI

“BU MƏSƏLƏNİ MÜZAKİRƏ ETMƏMƏLİYİK”

Təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi barədə ölkə prezidentinin fərmanına münasibət bildirib.

APA-nın xəbərinə görə, bununla bağlı jurnalistlərin sualına cavabında M. Mərdanov “Bu gün bu məsələni müzakirə etməməliyik. Hər birimizin borcu dövlət başçısının fərmanlarını vaxtında həyata keçirməkdən ibarət olmalıdır”, deyə bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib.

Geri qayıt