Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN İRANA HÜCUM EDƏCƏK
AZƏRBAYCAN İRANA HÜCUM EDƏCƏK19-04-2012, 13:06 |
BELƏ BİR ABSURD İDDİANI FARS-MOLLA REJİMİNİN MƏTBUATI SƏSLƏNDİRDİ DİA.AZ: - Artıq Azərbaycana açıq-aşkar düşmən mövqedə dayanan İrandakı fars-molla rejimi indi də ölkəmizi hərbi baxımdan hədəfə ala bilməsi üçün zəmin hazırlayır. Elə molla mətbuatında son olaraq yayılan informasiyanın mahiyyəti də bunu diqtə edir. DİA.AZ bildirir ki, fars mediasında yer alan xəbərdə xüsusi olaraq vurğulanır ki, guya Azərbaycan İsraildən tanklar alıb və həmin tanklar İran-Azərbaycan sərhəddində manevrlər ediblər. Və bunu fərqli bir formada ictimailəşdirən molla mediası hətta hansısa bir ekspertə istinad da edib. Həmin xəbəri olduğu kimi diqqətinizə çatdırırıq: «Sərhəd ərazilərdə yaşayan sakinlər tərəfindən AranNews-ə ötürülən məlumata əsasən, keçən günlərdə Azərbaycan Respublikasının ordusuna məxsus və bir neçəsi sionist rejimin istehsalı olan təqribən 30 tank İran və Azərbaycanın sərhəd ərazilərində yerləşən Biləsuvar və Parsabad sərhədlərinə tərəf hərəkət etmiş və bir neçə saatlıq manevrdən sonra AR-nın İmişli şəhərinə qayıtmışdır. AR-nın indiyə kimi görünməmiş bu hərəkəti İran və Azərbaycanın sərhəd ərazilərində yaşayan sakinlər üçün bir sıra suallar yaratmışdır. Bu mövzu ilə əlaqədar AranNews Azərbaycan Respublikasının adının açıqlanmasını istəməyən siyasi ekspertinin birindən müsahibə almışdır. Ekspert açıqladı: "Sionist rejim İranın "altılıq" ölkələri müzakirələri nəticəsində əldə edilmiş sazişindən çox narahardır. Ona görə də Azərbaycan Respublikasında öz tərəfdarları olan qanadlara İrana qarşı müxtəlif yollarla fəaliyyət göstərmələri üçün təzyiq edir və bununla da İranın xarici siyasətdəki uğurlarını bu hərəkətlərin təsiri altında qoymağa çalışır". Azəri ekspert vurğuladı: "Ölkələrinin 20 faizdən çoxu işğal altında olan bizim dövlət adamlarımız hamıdan yaxşı bilirlər ki, onların İrana qarşı hərbi addımını hətta, fikirləşmək özü belə gülüncdür. Amma sionistlərin təzyiqi nəticəsində bir neçə tankı bu əraziyə göndərməklə onların tələbinə cavab verməyə məcbur olublar "». Geri qayıt |