Əsas Səhifə > Gündəm / Manşet > ŞİRİN CƏFƏRİ HƏBS OLUNA BİLƏR
ŞİRİN CƏFƏRİ HƏBS OLUNA BİLƏR19-04-2012, 12:59 |
![]() В«GÜNDƏM XƏBƏRВ»İN TƏSİSÇİSİ HAZIRDA BAŞ PROKURORLUQDADIR DİA.AZ: - Neçə müddətdir ki, bəzi məmurların sifarişi ilə barəsində cinayət işi açılan və ədalətsiz olaraq külli miqdarda vergidənyayınma ittihamının hədəfinə çevrilən В«Gündəm XəbərВ» qəzetinin təsisçisi Şirin Cəfəri həbs oluna bilər. Bu barədə qəzetin redaksiyasından DİA.AZ-a bildiriblər ki, hazırda Şirin Cəfəri Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir: В«Məlumdur ki, Şirin Cəfəri cinayət məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Ona qarşı olan ittihamlar əslində bu gün məmurlara şamil olunmalıdır: vəzifədən sui-istifadə və vergidən yayınma. В«Gündəm XəbərВ» qəzetinin nə imkanı var ki, 120 min manatı vergidən yayındırsın və Şirin Cəfəri hansı vəzifəsində sui-istifadə edib? Hər halda, bu sualların cavablarını verərkən belə, qəzetimizin təsisçisinə qarşı sırf olaraq sifarişli qərarın verildiyini görmək mümkündürВ». Onu da bildirək ki, hazırda Şirin Cəfəri KMİ-də dindirilir və onun həbs ediləcəi haqda da məlumatlar yayılıb. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |