Əsas Səhifə > Hadisə > RAYON PROKURORUNUN KÖMƏKÇİSİ HƏBS OLUNDU

RAYON PROKURORUNUN KÖMƏKÇİSİ HƏBS OLUNDU


18-04-2012, 17:54
RAYON PROKURORUNUN KÖMƏKÇİSİ HƏBS OLUNDU

ƏLAVƏ AŞIQLAMA VERİLMİR

Azərbaycanda prokurorluq işçisi saxlanılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç. Mövsümov Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb.

Füzuli Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ç. Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib.

Geri qayıt