Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN SÖZÜ YERƏ SALINDI
ZİYA MƏMMƏDOVUN SÖZÜ YERƏ SALINDI18-04-2012, 13:26 |
NAZİR ROBERT ƏYYUBOVUN QARŞISINDAN GERİ ÇƏKİLMƏK ZORUNDADIR DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovla Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun münasibətlərinin gərgin olması barədə mətbuatda kifayət qədər məlumatlar yayılıb. Yazılanlardan o da aydın olur ki, Bəylər Əyyubovun qohumu Robert Əyyubov da NN şefi ilə ciddi rəqabətdədir. Hətta xalq arasında «Robinqud» kimi tanınan Robert Əyyubov Ziya Məmmədovun «Bakının taksi rəngi bənövşəyidir» niyyətinin də alt-üst etməsi hər kəsə məlumdur. Belə ki, iri şəhərlər üçün taksi rəngi düşünən nəqliyyat naziri enində-sonunda Robert Əyyubovun Bakının taksi mənzərəsinin rəng çalarına ağ rəngi əlavə etməsinə də səbr etmək zorunda qaldı. Və bu gün Robert Əyyubova yaxın şəxslər Bakıda ağ rəngli taksi servisi ilə məşğul olmaqla yanaşı, NN rəsmilərini də «ağ taksilərə icazə olar» şəklində açıqlama verməyə məcbur etdilər. Onu da bildirək ki, Robert Əyyubovun Ziya Məmmədova qarşı daha bir aksiyasının da anonsu bu günlərdə yayılmışdı. Verilən xəbərlərdən aydın olurdu ki, 1 may tarixinə qədər köhnə sovet maşınlarının taksi kimi işləməsinə vaxt verən Ziya Məmmədovun açıqlamasını puç çıxarmaq üçün Bəylər Əyyubovun yaxın qohumu həmin gündə köhnə sovet maşını ilə simvolik olaraq «xaltura» edəcək. Xatırladaq ki, mayının 1-nə qədər köhnə sovet maşınlarına vaxt verən Ziya Məmmədova «yuxarıların» dəstəyin vacib surətdə lazımdır. Əgər bu dəstək olmazsa və taksi sürücülərinin etiraz aksiyaları NN şefi qarşı dayanan hakimiyyət içindəki əks qütb tərəfindən yenə də dəstəklənərsə, o zaman ümumiqtidar maraqları təhlükə altına düşmüş olacaq. Mənbənin söylədikləri: «Məlumdur ki, Ziya Məmmədovun taksilərlə bağlı islahatları hakimiyyətin üst düzəyi tərəfindən dəstəklənir. Amma buna baxmayaraq, rəqibləri Ziya Məmmədovun bu işini əngəlləməyə çalışırlar. Məsələn, nazir hələ xeyli əvvəldən bəyan etmişdi ki, ölkənin iri şəhərlərinin hər birinin özəl taksi rəngi olacaq. Lakin hakim düşərgədə kifayət qədər ağır çəkiyə malik olan Bəylər Əyyubovun yaxın qohumu Robert Əyyubov nazirin bu planlarını alt-üst etdi. Artıq Bakıda ağ rəngli taksilərin istismarına da icazə verilib ki, bunda da yeganə maraqlı tərəf məhz Robert Əyyubovdur». Mənbəmiz iddia edir ki, məhz bu kimi olaylar ucundan, digər yandanda Qubada baş verən hadisələr Ziya Məmmədovu tədirgin hala salsa da, heç də yuxarılar NN şefindən imtina fikrində deyillər: «Lakin mövcud vəziyyət də qənaətbəxş deyil. Hər halda, Ziya Məmmədov özünü hazırda diskomfort vəziyyətdə hesab edir və o, may ayının 1-i ilə bağlı verdiyi sözün üzərində durmazsa, o zaman könüllü şəkildə istefaya getmək zorunda qala bilər». Hələlik bu barədə yekun bir qərar olmasa da, qaynaq Ziya Məmmədovun qısa müddət içində toparlana biləcəyi ehtimallarından danışır: «Hər halda, başqa variant mümkün də deyil». Amma digər mənbələr 1 may tarixinin Ziya Məmmədov üçün ağır günlərin startı kimi təəssürat bağışlayacağını da iddia edirlər. Məlumatlarda deyilir ki, artıq «hakimiyyətin ərköüyünü» kimi ad çıxarmış Robert Əyyubov nazirin bu planını da pozmağa hazırlaşır. Bunun isə bir tarixçəsi var. Bildirək ki, Robert Əyyubov daha çox sadə camaatların müdafiəçisi kimi ad çıxardığından, mənbəmizin danışdığı olay da məhz bu qəbildəndir: «Robert Əyyubov bu günlərdə köhnə sovet maşını olan «jiquli» taksilərdən birinə əyləşir və sürücüyə özünü tanıtdırmadan onunla söhbət edir. Sürücü də müştərisini tanımayaraq ona dərdini danışır və Ziya Məmmədovun qarasınca gileylənir. Bundan sonra Robert Əyyubov sürücüyə deyir ki, «narahat olma, mayın 1-dən heç nə baş verməyəcək». Bu hadisədən sonra Bəylər Əyyubovun yaxın qohumu hətta nazirə də telefon açıb və ondan sovet maşınlarına dəyməməsini istəyib». Mənbəmiz onu da bildirir ki, Robert Əyyubov hətta yaxın çevrəsinə «1 mayda sovet maşınına taksi nişanı taxıb «xaltura» edəcəm, görüm kim nə deyir» şəklində ideyasını da söyləyib. Deməli, 1 may tarixində - tarixi Zəhmətkeşlər Günündə bu dəfə zəhmətkeş taksi sürücülərini ilgiləndirən maraqlı hadisələr baş verə bilər. Və artıq həmin tarixə sanılı günlər qaldığından hər kəs maraqla Robert Əyyubovun «xaltura»ya çıxacağı günü gözləyir. Bu barədə DİA.AZ-a verilən məlumatların birində isə söyləniir ki, artıq məsələdən hali olan Ziya Məmmədov Robert Əyyubovun həmin niyyətilə bağlı «yuxarılara» müraciət də edib: «Doğrudur, NN şefinin müraciəti nəticəsiz qalıb və ona bildirilib ki, Robert Əyyubovun əyləncəsinə mane olmasın. Həm də bir sovet maşını ilə məsələ dəyişən deyil. Yəni bu o deməkdir ki, Robert Əyyubov «Avroviziya» dönəmində yeganə şəxs olacaq ki, onun sovet maşınından taksi kimi istifadə etməsinə icazə var». Mövzu diqqətimizdədir. Geri qayıt |