Əsas Səhifə > Siyasət, Manşet > İRAN SƏFİRİMİZİN ADINDAN YALAN YAYDI
İRAN SƏFİRİMİZİN ADINDAN YALAN YAYDI18-04-2012, 12:04 |
GUYA Kİ, LONDONDAKI ELÇİMİZ «BİZ MÜSƏLMAN DEYİLİK» AÇIQLAMISINI VERİB DİA.AZ: - Haker hücumlarının ardından yenicə olaraq fəaliyyətini bərpa etmiş İranın xüsusi xidmət orqanlarının sırf olaraq Azərbaycan əleyhinə fəaliyyət məqsədilə yaratdığı «AranNews» portalı yenə də ağzını Allah yoluna qoyaraq, ölkəmizin ünvanlarına hədyanlarını yağdırmaqla məşğuldur. Xatırladaq ki, az əvvəl «Dünya» İnformasiya Agentliyi redaksiyasını sionistlərlə işbirliyində ittiham edən «AranNews»un rəhbərliyi indi də Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun adından yalan məlumatlar yaymaqla, guya ki, öz aləmlərində Azərbaycan dövlətinin adını islamə aləmində biabır etməyə çalışırlar. DİA.AZ-ın fars mətbuatından əldə etdiyi həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvü hesab olduğu bir halda bu ölkənin Londondakı səfiri ölkəsinin islami olmamasını vurğulayır. London Times qəzetində dərc olunan və homoseksualların parad keçirəcəkləri surətdə onlara qarşı əməliyyatlar olmasından nigərançılığı bildirən "Eurovisionun Bakıda keçirilməsindən homoseksualların nigaranlığı" başlıqlı məqaləyə cavab verən Azərbaycan Respublikasının Londondakı səfiri passiv hərəkətlə və homoseksualların razılığını qazanmaq məqsədilə deyib: "Biz sırf bir müsəlman ölkəsi deyilik". Fəxrəddin Qurbanov həmçinin deyib: "Biz Eurovisionda homoseksuallara “xoşgəldin” deyirik". Qeyd edək ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu təşkilatdan Qarabağ barədə əməkdaşlıq gözləyir». Geri qayıt |