Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ BAŞ PROKURORA QARŞI SƏRT İTTİHAM

KEÇMİŞ BAŞ PROKURORA QARŞI SƏRT İTTİHAM


18-04-2012, 11:39
KEÇMİŞ BAŞ PROKURORA QARŞI SƏRT İTTİHAM

ELDAR HƏSƏNOVUN RUSİYA İLƏ GİZLİ ƏLAQƏLƏRİ HAQDA ŞOK FAKTLAR

DİA.AZ: - Neçə müddətdir ki, sabiq baş prokuror, hazırda ölkəmizi Rumıniyada təmsil edən Eldar Həsənovla bağlı xəfif bir təbliğat kampaniyası icra olunmaqdadır. Bildirək ki, ilk başdan Eldar Həsənovun hələ də hakimiyyət üçün lazımi fiqur olması barədə rəyin yaradılmasına çalışan səfirin gizli təbliğatçıları bunun ardından ona guya ki, hakimiyyətin yenidən vəzifə təklifində bulunması barədə dezinformasiyaları dövriyyəyə buraxdılar ki, burada da əsas məqsədin nədən ibarət olmasını təxmin etmək o qədər də çətin deyildi.

Qeyd edək ki, bütün bu proseslərlə bağlı və eləcə də Eldar Həsənovun əslk kimliyi barədə redaksiyamıza çox ilginc faktlar ötürülüb. DİA.AZ-ı məlumatlandıran hökumət içindəki məlumatlı mənbə iddia edir ki, Eldar Həsənov hər zaman Rusiyanın adamı olub və günü bu gün də hakimiyyət içindəki rusiyameyilli qüvvələr Rumıniyadakı səfirin təbliğatı ilə məşğuldurlar.

Mənbəmiz Eldar Həsənovun Rusiya ilə əlaqələrinin hələ sovet dövründən start götürdüyünü də vurğuladı: «SSRİ vaxtında milis orqanlarında çalışan Eldar Həsənovun ulduzu 1990-cı ilin 20 yanvar hadisələrindən sonra parlamağa başladı. Həmin vaxtı Bakı şəhər milis idarəsində cinayət axtarış şöbəsinin rəisi postunu tutan Eldar Həsənov birbaşa olaraq Moskvanın göstərişi ilə podpolkovnik rütbəsindən polkovnik rütbəsinə qaldırıldı. Təbii ki, bu rütbə yüksəlişi təsadüfi deyildi. İnsanlarımız şəhid oğullarını yad edərkən, Azərbaycanın müstəqilliyi uğrunda başlanan Milli Azadlıq Hərəkatına dəstək verərkən Eldar Həsənov da sovet rejiminə qarşı çıxanlara divan tutmaqla məşğul idi».

Bu hələ harasıdır? Mənbəmiz bildirir ki, Eldar Həsənov hələ sovet milisində serjant (çavuş) rütbəsini daşıdığı zamanlar bir neçə dəfə ilişib də: «Onun əslində xüsusi xidmət orqanlarının himayəsi altına keçməsi serjant olarkən adının rüşvət qalmaqalında hallandırılmasından sonra başlayıb. Həmin ərəfədə Eldar Həsənov hətta həbs təhlükəsi də yaşayıb. Lakin sonradan əslində onun iştirakçısı olduğu bir hadisənin suçu, elə milis orqanlarında çalışan yaxın qohumlarından birinin ayağına yazılmaqla yola verildi».

Mənbəmiz onu da bildirdi ki, bu gün Eldar Həsənovun təbliğatçıları onun yenidən YAP iqtidarında mühüm postlara təyin edilmə ehtimallarından, versiyalarından palaz-palaz yazılar yazırlar: «Əslində burada həqiqəti ehtiva edən heç nə yoxdur. Sadəcə olaraq, Eldar Həsənovun oğlu böyüyüb və sabiq baş prokuror özü üçün mini «varis planı» düşünüb. Bu gün ayrı-ayrı nüfuzlu dövlət adamlarını tərifləməklə, Rumıniyadakı səfirimiz oğluna karyera cığırı açmaq niyyətindədir».

Qeyd edək ki, mənbəmiz 250 siyasi dustağın sanksiyasını imzalamış Eldar Həsənovun Qobustan macəraları ilə bağlı da geniş bilgilər verdi ki, yaxın günlərdə həmin dəhşətli faktları da diqqətinizə çatdıracağıq. Hər halda, bu faktlar da təsdiqləyir ki, AXC iqtidarı zamanı müxtəlif yollarla Əbülfəz Elçibəyə yaxın ola bilmiş Eldar Həsənov sonradan necə Heydər Əliyev komandasında təmsil oluna bildi. Bizi izləyin…


Geri qayıt