Əsas Səhifə > Hadisə > TANINMIŞ MUĞAM İFAÇISININ OĞLU HƏBS EDİLİB
TANINMIŞ MUĞAM İFAÇISININ OĞLU HƏBS EDİLİB18-04-2012, 11:00 |
ELŞƏN XANKİŞİYEV CİNAYƏTDƏ ŞÜBHƏLİ BİLİNİR Azərbaycanın tanınmış muğam ifaçısının oğlu həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 16-da paytaxtın D. Bünyadzadə küçəsində yaşayan Ağanur Nəcəfov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 33 yaşlı Elşən Xankişiyev aprelin 17-də tutulub. APA-nın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan E. Xankişiyev tanınmış muğam ifaçısı Əvəzxan Xankişiyevin oğludur. Geri qayıt |