Əsas Səhifə > Hadisə, Manşet > MASALLI ZİYALILARI TOY-BAYRAM EDİR
MASALLI ZİYALILARI TOY-BAYRAM EDİR17-04-2012, 16:54 |
AMMA HƏM DƏ ASTARA CAMAATININ HALINA TƏƏSSÜFLƏNİRLƏR DİA.AZ: - Keçən həftə bir neçə rayonun rəhbəri dəyişdirildi ki, onların da sırasında Masallının başçısı Qəzənfər Ağayev də var idi. Məlumat üçün bildirəkm ki, Ağayev Masallıdan alınaraq Astaraya başçı göndərilib. Onu da xatırladaq ki, neçə müddət idi bir qrup Masallı ziyalısı Qəzənfər Ağayevin görəvdən alınması üçün aclıq aksiyası keçiridi. DİA.AZ-a daxil olan həmin aksiya təşkilatçılarının müraciətindən də aydın olur ki, onlar Qəzənfər Ağayevin Masallıdan uzaqlaşdırılmasına sevinirlər. Amma həm də Astara sakinlərinin halına da acıyırlar. Qeyni zamanda Bakıdakı diplomatik korpuslara da ünvanlanan həmin müraciəti diqqətinizə çatdırırıq: “Çox hörmətli səfirlər və əziz həmvətənlər! Sizlərə də məlum idi ki, uzun müddətdir Masallı ziyalıları və ictimaiyyəti nümayəndələri Rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayevin rayon əhalisinə etdiyi zülümlərə, cinayət, korrupsioner əməllərinə qarşı çox çətin, təqib, təzyiq, şantaj və hər an həbs olunma şəraitində mübarizə aparırdı. Nəhayət ki, 14 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Qəzənfər rayon İcra Hakimiyyəti Başçısı vəzifəsindən azad edildi. Qismən də olsa Bizlər bu addımı haqsızlığın, ədalətsizliyin, qanunsuzluğun aradan qaldırılması kimi dəyərləndirsək də Masallıda çoxsaylı cinayətlər törətmiş yüzlərlə ailəni şəxsi maraqları naminə maddi, mənəvi və fiziki məhrumiyyətlərə düçar etmiş belə bir adamın Astara rayonuna İcra Hakimiyyəti Başçısı təyin olunması qəlbimizdə çox acı təəssüf hissi oyatdı. Allah Astaralıları Qəzənfərin bəlalarından qorusun! Təbii ki, aparılan mübarizədə belə bir nəticənin əldə olunmasında Sizlərin, Masallıda baş verən bu rəzalətin operativ, obyektiv və fədakarlıqla Kütləvi İnformasiya Vasitələri vasitəsi ilə ölkə rəhbərliyinə, dünya və ölkə ictimaiyyətinə çatdırılmasında, rayon ziyalılarına və ictimaiyyət nümayəndələrinə verdiyiniz hərtərəfli dəstəyin çox böyük, əvəzsiz rolu olmuşdur! Bütün bunlara görə Masallı ziyalıları və ictimaiyyəti adından Sizlərə sonsuz sayğılarımızı, minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Eşq olsun sizlərə! Var olunuz! Bilin ki, ədalətsizliyin, haqsızlığın, qanunsuzluğun aradan qaldırılması naminə apardığınız mübarizədə, fəailyyətinizdə Bizlər də Sizinləyik! Allah hamımıza kömək olsun!” Geri qayıt |