Əsas Səhifə > Ölkə > CABBAR SAVALANA AZADLIQ!

CABBAR SAVALANA AZADLIQ!


10-10-2011, 15:08
CABBAR SAVALANA AZADLIQ!

HÜQUQ MÜDAFİƏÇİLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Bir qrup hüquq müdafiəçisi AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya C. Savalanın vəkili Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdulla imzalayıblar. Digər hüquq müdafiəçilərinin də bu kampaniya qoşulacağı gözlənilir.

Ə. Mustafayev C. Savalanın kasasiya şikayəti əsasında noyabrın 29-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə məhkəmə prosesinin keçiriləcəyini də bildirib.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. C. Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt