Əsas Səhifə > Gündəm, Manşet > SAATLIDA SAXTA DİPLOM BİZNESİ
SAATLIDA SAXTA DİPLOM BİZNESİ17-04-2012, 11:44 |
MİSİR MƏRDANOVUN HİMAYƏSİ ALTINDA BAŞ VERƏN ÖZBAŞINALIQ DİA.AZ: - Saatlı peşə lseyinin sabiq direktoru Şahin Rəşidovun ixtisasca “Kamaz” sürücüsü olan və sonradan hansı yollarlasa saxta diplom alaraq guya Azərbaycan dili və ədəbiyyatı müəllimi olmasına rayonda heç kim inanmırdı. Onu yaxından tanıyanlar çox yaxşı bilirdilər ki, Şahin Rəşidov heç bir ali məktəbdə təhsil almayıb. Hətta ondan hansı İnstitutu və ya Universiteti bitirdiyini soruşduqda heç bir cavab vermirdi. Maraqlıdır ki, nə Şahin Rəşidovu bu vəzifəyə təqdim edən rayon rəhbərliyi və onu təsdiqləyən Təhsil Nazirliyi onun diplomunun saxta olduğunu "bilməyiblər". Sonradan Ş.Rəşidov bu "görməməzliyin" səbəbini özü açıqladı və etiraf etdi ki, bu vəzifəyə təyin olunan altımış min manat xərci çıxıb. Özünün deməsinə görə, bu məbləğin 40 min manatını rayon rəhbərliyinə, 20 min manatını isə Təhsil Nazirl iyinin peşə təhsilinə nəzarət edən idarə rəisinə çatıb. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, Ş. Rəşidovun peşə liseyinə vurduğu ağır zərbə sağalan deyil. O, liseyin nadir texniki avadnlıqlarını, bu gün heç bir yerdə tapılmayan dəzgahlarını şökdürüb metaləritmə zavodlarına göndərdi. Bu gün Azərbaycanda təhsilin inkişafından ağızdolusu danışan Təhsil Nazirliyinin rəhbərliyi buyurub gəlsin, Saatlı rayonuna və görsünlər ki, “Kamaz” sürücüsü peşə liseyini nə günə qoyub. Məktəbin satılmamış quru divarları qalıb. Hətta peşə liseynin bütün texnikası da satılıb. Görəsən şagirdlər peşələrə necə yiyələnirlər? Təəccüblüdür ki, peşə liseyinin bu kökə salınmasına Təhsil Nazirliyinin rəhbərliyi hələ də susur. Bəs Ş,Rəşidov saxta diplomu haradan almışdı? Bu "ali təhsil müəssisəsinin" ünvanını da Şahin "müəllim" özü açıqlayıb. Sən demə, bu diplomun alınmasında Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin rolu və vasitəçiliyi böyük olub. Şamil müəllim diplomu adını açıqlamadığı Təhsil Nazirliyinin vəzifəli işçilərindən birinin köməkliyi ilə aldığını deyib. Saxta diplomu Şahin Rəşidova verəndə deyib ki, qorxma, bunun arxasında Təhsil Nazirliyinin vəzifəli şəxsi dayanıb.Onu da deyib ki, Saatlıda təkcə səndə deyilki. Bu işin üstü açılanda isə Şahin Rəşidv diplom alərkən Şamil müəllimə verdiyi pulu ala bilib. Yenidənhazırlanma və İxtisasartırma adı ilə Saatlıda xeyli müəlimə belə diplomlar verilib. Qiyməti də 2 min manata. İndi Şamil müəllimin Yenidənhazırlanma və İxtisasartırma "İnstitutunun" müəllimlərinə rayonun əksər kəndlərində rast gəlmək mümkündür. Rus dili müəllimi çönüb olub ingilis dili müəllimi. Həmin ingilis dili "müəllimi" bu dildə 10-15 söz bilir. Onları da qol-qabırğasını qıra-qıra deyir. Hələ digər fənlərdən Azərbaycan dili və ədəbiyyatı müəlliminə çönənlərini demirik. Belə müəllimlər Azərbaycan dili və ədəbiyyardan ən sadə sualların cavablarını bilmirlər. Görəsən onlar şagirdlərə nə öyrədirlər. Xülasə, Şamil müəllimin diplom satdığı müəllimlər "təhsil aldıqları " ali məktəbin harada yerləşdiyini də bilmirlər. Çünki oxumayıblar. Onlar deyirlər ki, bizim təhsil aldığımız universitet Saatlı rayonunda yerləşir, rektoru da Şamil Nurəliyevdir. Şamil müəllimin Təhsil Nazirliyindən xəbərsiz direktor və müəlim təyin etmək işləri də var. Məsələn, Əzizbəyov adına şəhər orta məktəbinin direktoru neçə illərdir ki, Şamil müəllimin əmri ilə işləyir. Rayonun Qara Nuru tam orta, Dədə Qorqud və digər kəndlərində diplomu olmayanlar,heç bir təhsil müəssisəsini bitirməyənlər pedaqoji kollektivin üzvləridir. Bunun səbəbini yalnız təhsil şöbəsinin müdiri Şamil Nurəliyev bilir. Belə "müəllimlərdən" aldığı pulun miqdarını da yenə özü bilir Buna görə də Saatlı təhsilində özbaşınalıq, rüşvərxotluq savadsızlıq baş alıb gedir. Elxan, Saatlı rayonu – DİA.AZ Geri qayıt |