Əsas Səhifə > Cəmiyyət > İSRAİL AZƏRBAYCANA XÜSUSİ ELÇİLƏRİNİ YOLLAYIR

İSRAİL AZƏRBAYCANA XÜSUSİ ELÇİLƏRİNİ YOLLAYIR


16-04-2012, 14:46
İSRAİL AZƏRBAYCANA XÜSUSİ ELÇİLƏRİNİ YOLLAYIR

BAKIDA MƏXFİ DANIŞIQLAR

Gələn həftə yüksək səviyyəli İsrail nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

APA-nın “İzrus” xəbər portalına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə hələlik adı açıqlanmayan yüksək vəzifəli rəsmi şəxs rəhbərlik edəcək.

Heyətə bir sıra dövlət məmurları, o cümlədən İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Mərkəz Avropa Departamentinin direktoru Anna Azari daxil olacaq. Səfər proqramı hələlik açıqlanmasa da, qonaqların Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin açılışına qatılacaqları bildirilir. 2009-cu ildə yaradılan mərkəz tam yenilənib.

Xatırladaq ki, bu həftə İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd edilir.


Geri qayıt