Əsas Səhifə > Siyasət, Manşet > GƏNC DEPUTATIN NAZİRƏ İŞİ DÜŞDÜ

GƏNC DEPUTATIN NAZİRƏ İŞİ DÜŞDÜ


16-04-2012, 14:05
GƏNC DEPUTATIN NAZİRƏ İŞİ DÜŞDÜ

CEYHUN OSMANLI DONDURMA BİZNESİNİ GÜNÜ-GÜNDƏN GENİŞLƏNDİRİR

DİA.AZ: - Deputatların demək olar ki, əksəriyyətinin biznesləri mövcuddur. Artıq bu bir qanunauyğunluğa çevrilib. Əslində kifayət qədər maaşları olan deputatlara hakimiyyət tərəfindən qeyri-rəsmi olaraq yaradılan bu şəraiti anlamaq da mümkün deyil.

Doğrudur, bəzi deputatlar mandat alana qədər də biznes adamı kimi tanınırdılar və onlara millət vəkili statusu da məhz bizneslərini qoruya bilmələri üçün lazım idi. Amma onların arasında elələri də var ki, biznesə məhz deputat olduqdan sonra baş vurublar.

Həmin deputatlardan biri də «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlıdır. DİA.AZ-a ötürülən xəbərə görə, gənc deputat artıq bir neçə aydır ki, özü üçün biznes planlar qurmaqdadır.

«Hələlik dondurma biznesinə girişən Ceyhun Osmanlının biznes aləmində daha böyük iddiaları var» deyən mənbəmiz onu da bildirdi ki, «İrəli»nin sədri Bakının ən gözəgəlimli yekri kimi tanınan keçmiş «Torqovı» küçəsində Rus Dram Teatrının yaxınlığında və metronun Nərimanov stansiyasının çıxışının yanında «MADO» adlı dondurma kafelərinə də sahiblik etməkdədir:

«Yaxın günlərdə bu istiqamətdə daha da inkişaf etməyi düşünən Ceyhun Osmanlıya əsas dəstək verənlər arasında gənclər və idman naziri Azad Rəhimov da var. Ceyhun Osmanlının «MADO» dondurma kafesi də Azad Rəhimova məxsus olan obyektdə fəaliyyət göstərir».

Bu arada redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, amma Ceyhun Osmanlının bir nazirlə yaxın olması deyəsən, başqa bir nazir üçün heç bir əhəmiyyət kəsb etməyib. Məlumatlı mənbələr bildirir ki, bu günlərdə hər iki «MADO» şəbəkəsində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib və məlum olub ki, deputatın müştərilərinin sayının çox olmasına baxmayaraq, alqı-satqı əməliyyatlarının əksəriyyəti kassaya vurulmayıb.

Mənbəmiz iddia edir ki, bununla yanaşı, «MADO»nun Nizami küçəsində yerləşən şöbəsində həm də sənəd çatışmamazlığı olub ki, bu səbəbdən nazirliyin əməkdaşları hətta obyekti bağlamaq fikrinə də düşüblər: «Bu hadisə müştərilərin gözü qarşısında olan. Sonradan deputata zəng edilib və Osmanlı işə qarışandan sonra VN-nin əməkdaşları ərazini tərk ediblər».

Məlumatlara görə, Ceyhun Osmanlı birbaşa olaraq nazir Fazil Məmmədovdan obyekti ilə bağlı xahiş edib və deputatın xahişinə müsbət cavab verilib.


Geri qayıt