Əsas Səhifə > Hadisə > HAKİMİYYƏT DEPUTATI SƏRT DANIŞDI

HAKİMİYYƏT DEPUTATI SƏRT DANIŞDI


16-04-2012, 13:01
HAKİMİYYƏT DEPUTATI SƏRT DANIŞDI

HƏDƏFDƏ BEYNƏLXALQ TƏŞKİLATLARDIR

Milli Məclisin üzvü Elmira Axundova beynəlxalq təşkilatların nümayəndələrini sərt tənqid edib.

APA-nın məlumatına görə, E. Axundova Bakıda keçirilən “Biz zorakılığa yox deyirik!” adlı tədbirdə beynəlxalq təşkilatları azərbaycanlı uşaqların hüquqlarının pozulmasına göz yummaqda ittiham edib: “Siz uşaqlarla bağlı məsələyə də ikili standartlarla yanaşırsınız. On minlərlə azərbaycanlı uşağın hüquqları pozulub, işgəncələrə məruz qalıb, öldürülüb, yaralanıb, əsir götürülüb, digər hüquqları pozulub. Siz bununla bağlı nə etmisiniz? Düzdür, bir-iki qətnamə qəbul edilib. Amma bunlar formal xarakterli sənədlərdir, yəni ciddi bir şey deyil. Mən Avropa Şurasına, digər beynəlxalq təşkilatlara üzümü tuturam. Bizim yüz minlərlə hüquqları pozulmuş uşaqlarımızın hüquqlarını bərpa edin. Mən bunu xahiş və tələb edirəm!”

Qeyd edək ki, tədbir iştirakçıları arasında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopulos, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Munir Məmmədzadə də olub.


Geri qayıt