Əsas Səhifə > Gündəm, Manşet > TÜRKİYƏNİN SİRLİ ELÇİSİ MƏLUM OLDU
TÜRKİYƏNİN SİRLİ ELÇİSİ MƏLUM OLDU10-10-2011, 14:24 |
ƏRDOĞAN QUŞU GÖZÜNDƏN VURDU DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, rəsmi Bakı ilə münasibətləri gərgin nöqtədə olan Türkiyə hökuməti Azərbaycana öz rəsmi nümayəndəsini qeyri-rəsmi olaraq danışıqlar üçün yollayıb. Bu barədə xəbərimizdə bildirmişdik ki, Türkiyənin sirli elçisi yaxın günlərdə Bakıda olacaq. Onu da qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın ekspertləri NABUCCO-nun taleyinin dalana dirəndiyi barədə fikirlərini açıqladılar və bəyan etdilər ki, yaxın dönəm üçün bu projenin reallaşdırılması qeyri-mümkündür. Bu arada yayılan bir başqa məlumatda isə vurğulandı ki, Azərbaycanla Türkiyə arasında da NABUCCO ilə bağlı ciddi danışıqlar aparılıb və bu müzakirələr zamanı Azərbaycan qazının Türkiyəyə satışı məsələsi də geniş şəkildə dartışılıb. Amma hələ də bir nəticə hasil olmayıb. Rəsmi Bakının mövqeyinə gəlincə isə, prezident İlham Əliyev NABUCCO ilə bağlı tələsmədklərini bir neçə dəfə və açıq şəkildə ifadə edib. Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilirdi ki, Azərbaycan hakimiyyətinin NABUCCO ilə bağlı nümayiş etdirdiyi israrlarının sındırılması məqsədilə Bakıya səfər edən Fransa prezidenti Nikola Sarkozi də müəyyən addımlar atıb: «Amma əsas missiya Türkiyənin üzərinə düşür. Bu barədə rəsmi Ankara Azərbaycanla danışıqlar üçün təhkim olunub və bu günlərdə, ən uzağı gələn həftənin 1-ci günü Bakıya Türkiyədən məxfi bir qonaq gələcək». Mənbə bildirir ki, nədənsə həmin qonağın özü və səfəri barədə nə Türkiyə tərəfi, nə də Azərbaycan tərəfi heç bir açıqlama vermir: «Təbii ki, bu səfərin qeyri-rəsmi mahiyyət daşıdığını sübutlayır. Amma buna baxmayaraq, müzakirə olunan məsələ çox ciddidir və bununla hətta Azərbaycanda hakimiyyətdə olan qüvvələrə beynəlxalq münasibətlər də müəyyən olunacaq». Xatırladaq ki, artıq NABUCCO ilə bağlı rəsmi Bakıya müəyyən təzyiqlərin edilməsi barədə xəbərlər yaymışdıq. Və hətta bu proje naminə Qərbin Azərbaycanda məxməri inqilaba gedəcəyini söyləyənlər də var. Bu gün isə redaksiyamıza məlum məsələ ilə bağlı ilginc faktlar daxil olub. Belə ki, redaksiyamıza hakimiyyət içindəki qaynaqlardan ötürülən informasiyada qeyd olunur ki, həmin sirli qonaq artıq Bakıda olan Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəldir. Bildirək ki, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıya gəldiyi məlumdur. Amma hökumət içindəki qaynaq «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bunun şma olduğunu söyləyir: «Əslində Dəmirəl Bakıya Ərdoğanın xüsusi tapşırığı ilə gəlib. Hər halda, oun kimi nüfuzlu bir simanın Azərbaycana gizli yollarla gəlişi mümkünsüz olacaqdı. Elə buna görə də, keçmiş prezidentin səfəri "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumu adı altında pərdələnib». Mənbə bildirir ki, Azərbaycan iqtidarı ilə danışıqları planlaşdırılan Süleyman Dəmirəlin Bakıdan əliboş dönməsi qeyri-mümkündür: «Ərdoğan bu dəfə quşu gözündən vurdu. Çünki mərhum Heydər Əliyev kimi hazırki dövlət başçısı İlham Əliyev də Süleyman Dəmirələ böyük hörmətlə yanaşır. Onun Türkiyədən gətirdiyi istənilən bir xahişinin isə rədd edilmə şansları olduqca aşağıdır». Geri qayıt |