Əsas Səhifə > Cəmiyyət > “MERCEDES”DƏ AĞIR QƏZA TÖRƏTDİ

“MERCEDES”DƏ AĞIR QƏZA TÖRƏTDİ


15-04-2012, 17:04
“MERCEDES”DƏ AĞIR QƏZA TÖRƏTDİ

30 YAŞLI KİŞİ ÖLÜB, 18 YAŞLI QIZ YARALANIB

Bakı şəhəri Səbail rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bibiheybət məscidi yaxınlığında Şıxov çimərliyinə gedən istiqamətdə qeydə alınıb. Belə ki, “Mercedes C class” markalı avtomobil sürətlə hərəkət edərkən yoldakı yanacaqdoldurma məntəqəsinin divarına çırpılıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, avtoqəza nəticəsində təqribən 30 yaşlı bir kişi ölüb, 18 yaşında olduğu ehtimal edilən bir qadın isə ağır yaralanıb. Yaralanan şəxs qapalı kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Geri qayıt