Əsas Səhifə > Hadisə > SELİN QABAĞI ZAQATALADAN ALINIR

SELİN QABAĞI ZAQATALADAN ALINIR


15-04-2012, 13:30
SELİN QABAĞI ZAQATALADAN ALINIR

YAZIN GƏLİŞİ NÖVBƏTİ FƏLAKƏTİ ANONS EDİR

Yazın gəlişi ilə əlaqədar Zaqatala rayonunun yaşayış məntəqələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə rayon ərazisindən axan Tala, Muxax, Katex və digər dağ çaylarında mühafizə tədbirləri davam etdirilir.

Rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, hazırda müəssisə tərəfindən Zaqatala şəhərinin ərazisindən axan Qaraçay çayının sol sahilində daş-beton bəndin 140 metrlik hissəsində təmir işləri aparılır. Bundan əlavə, il ərzində həmin çayın sağ sahilində 500 metr uzunluğunda sahilqoruyucu bəndin təmiri də nəzərdə tutulur.

Dövlət vəsaiti hesabına Katex çayının sol sahilində inşa edilən 100 metr uzunluğunda daş-beton bəndin tikintisi artıq başa çatıb. Yaxın günlərdə uzunluğu 100 metr olan daha bir bəndin tikintisinə başlanılacaq.


Geri qayıt