Əsas Səhifə > Ölkə > HAKİMİYYƏT XƏLBİRİNDƏ ƏLƏNƏNLƏR
HAKİMİYYƏT XƏLBİRİNDƏ ƏLƏNƏNLƏR15-04-2012, 12:26 |
KİMLƏR YENİ TƏYİNAT ALA BİLMƏDİLƏR? Aprelin 14-də ölkə bağçısının müvafiq sərəncamları ilə 8 rayon və şəhərin İcra hakimiyyətlərinin başçısı dəyişdirildi. Bidəfəki sərəncamlarla da bəzi icra başçılarının iş yeri dəyişdirildi. Amma vəzifədən götürülənlər də oldu ki, onlarla bağlı yeni təyinatın şahidi olmadıq. Modern.az xəbər verir ki, prezidentin budəfəki təyinatları zamanı Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev, İmişli rayonu İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev və Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev işdən çıxarıldılar, yeni vəzifə ala bilmədilər. Sabunçunun sabiq icra başçısı Əlibaba Nəcəf oğlu Əliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1978-ci ildə başlayıb. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1982-1995-ci illlədə Yaşıllaşdırma Baş Istehsalat İdarəsində müxtəlif vəzifələrdə, 1995-1999-cu illədə isə Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının I müavini vəzivəsində işləyib. 27 avqust 1999-cu il tarixdən dünənədək Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var. İmişlinin sabiq icra başçısı Əbülfəz Yusif oğlu Ağayev 1957-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. 1980-ci ildə Mоskva Kənd Təsərrüfatı İstеhsalı və Mühəndisləri İnstitutunu, 1990-cı ildə Bakı Sоsial İdarəеtmə və Pоlitоlоgiya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xolqarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlayıb. 1980-ci ildən 151 saylı Neftçala Texniki Peşə məktəbində müəllim, kolxozda və Rayon Aqrar Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayonu Xalq Deputatları Soveti İcraiyyə komitəsi sədrinin birinci müavini, Aqrar-sənaye birliyinin sədri, 1989-cu ildən Rayon Aqrar Sənaye kombinatının baş direktoru, rayon İcra Hakimiyyəti başçısının müavini, Kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili institutunda baş elmi işçi, 2000-ci ildən Neftçala rayon bələdiyyəsinin sədri, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı, 2002-ci ildə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 30 sentyabr 2004-cü il tarixdən dünənədək İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi. Ağdaşın sabiq icra başçısı Rafiq Həbibulla oğlu Niftəliyev uzun illərdir İcra Hakimiyyəti sistemində çalışır. Mərhum dövlət başçısı Heydər əliyev onu 20 avqust 1993-cü il taixində Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı təyin etmişdi. Cənab Niftəliyev 9 il Xaçmaza rəhbərlik edib. 2 may 2002-ci il tarixində Rafiq Niftəliyev Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə Həmin tarixdə də ölkə başçısının 910 nömrəli sərəncamı o, Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Rafiq Həbibulla oğlu Niftəliyev artıq 10 il idi Ağdaşa rəhbərlik edirdi. Geri qayıt |