Əsas Səhifə > Gündəm, Manşet > «AZƏRSU» RƏHBƏRLİYİ MƏHKƏMƏYƏ VERİLİR

«AZƏRSU» RƏHBƏRLİYİ MƏHKƏMƏYƏ VERİLİR


15-04-2012, 12:13
«AZƏRSU» RƏHBƏRLİYİ MƏHKƏMƏYƏ VERİLİR

«YERLİ MƏHKƏMƏLƏR İŞ GÖRMƏSƏ, AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDƏCƏYİK»

DİA.AZ: - Bu gün Bakının ən acınacaqlı istiqamətlərindən olan Səbayelin Bayıl qəsəbəsinin sakinləri yenə də kommunal xidmət problemləri üzündən etiraza qalxıblar. Bu barədə redakiyamıza məlumat verən Bayıl sakinlərinin sözlərindən belə aydın olur ki, işıq və təbii qazın verilməsində problemlər o qədər də intensiv olmasa da, su təminatında məsələ ciddi həddə çatıb.

Qeyd edək ki, «Azərsu» hər zaman hansısa ərazinin suyunu kəsməyə hazırlaşdıqda ya qabaqcadan məlumat verir, ya da qəzanın baş verdiyi baədə açıqlama yaır. Amma nədənsə belə bir xoşbəxtlik Bayıl sakinlərinə nəsib olmur və tez-tez sularının kəsilməsində «Azərsu»ya şikayətlənən vətəndaşlara hətta «Azərsu»nun «qaynar xətt» adlandırdığı xidmətdən də çox sərt cavablar verilir. Ki, bu da artıq vətəndaşları çilədən çıxarıb.

DİA.AZ-a bu barədə şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə, artıq «Azərsu» rəhbərliynin bu kimi davranışlarından cana doyublar: «Bu gün səhər saatlarından da qəsəbənin suyunu kəsiblər. İstirahət günüdür. Hər kəs bu gün evində dincəlmək, hətta hamamlanmaq istəyir. Amma «Azərsu»nun kəramətindən belə bir xoşbəxtliyi yaşaya bilmirik».

«Başa düşürük, «Avroviziya» millətin canından daha əzizdir, amma bizi də iynənin ucu qədərində düşünsələr, yaxşı olar» şəklində açıqlama verən Bayıl sakinləri onu da bildirdilər ki, artıq imza toplayırlar və «Azərsu» rəhbərliyini, xüsusən də qurumun sədri Qorxmaz Hüseynovu məhkəməyə verməyə hazırlaşırlar: «Daha əsəblərimiz də dözmür və Avropa İnsan Haqqları Məhkəməsinə qədər şikayətimizin davasını aparacaıq. Biz istəməzdik ki, hansısa xarici məhkəmədə dövlətimizlə üz-üzə gələk. Amma nə edək ki, Qorxmaz Hüseynov kimi yarıtmaz məmurlar bizi belə bir addımı atmağa vadar edirlər».

Geri qayıt