Əsas Səhifə > Cəmiyyət, Manşet > AZAD RƏHİMOV DA «POLAD ƏLƏMDAR»I GƏTİRİR

AZAD RƏHİMOV DA «POLAD ƏLƏMDAR»I GƏTİRİR


13-04-2012, 17:27
AZAD RƏHİMOV DA «POLAD ƏLƏMDAR»I GƏTİRİR

OLİQARX-MƏMURLARIMIZ DEYƏSƏN, BİR-BİRİLƏ YARIŞA ÇIXIBLAR

DİA.AZ: - Məlum olduğu kimi, AFFA dünya şöhrətli müğənni Cennifer Lopesi Bakıya gətirir. Məlumata görə, 43 yaşlı amerikalı ulduz bu ilin payızında ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına dəvət olunub.

Lopes yarışın açılış mərasimində qonaq kimi iştirak edəcək. Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək. Və məlumatlarda bildirilir ki, Cenifer Lopes şəxsən AFFA-nın prezidenti, ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevin qonağıdır.

Bu hələ harasıdır. Bu arada DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Gənclər və İdman Naziri Azad Rəhimov da uzun müddətdir dostluq münasibətində olduğu məşhur «Qurdlar Vadisi Pusqu» teleserialının baş qəhrəmanı Necati Şaşmazı Azərbaycana dəvət edib.

«Qurdlar Vadisi»nin «Polad Ələmdar»ının hansı münasibətlə Bakıya cağrılmasına gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, nazirlə Necati Şaşmaz davamlı olaraq ünsiyyətdədirlər və bu səfər də sıradan xarakterli dəvət əsasında baş tutacaq. Mənbəmiz «Polad Ələmdar»ın «Avroviziya» ilə əlaqədar Bakıya gəlişi ilə bağlı deyilənləri inkar etsə də, məşhur kinoaktyorun Bakı səfərinin məhz həmin ərəfəyə təsadüf edəcəyini də təsdiqlədi.

Geri qayıt