Əsas Səhifə > Hadisə, Manşet > İSGƏNDƏR HƏMİDOV AZƏRBAYCANI TƏRK EDİR
İSGƏNDƏR HƏMİDOV AZƏRBAYCANI TƏRK EDİR13-04-2012, 16:25 |
MADDİ SIXINTI YAŞAYAN KEÇMİŞ DİN ŞEFİ İSTANBULDA YAŞAYACAQ DİA.AZ: - Azərbaycanın keçmiş daxili işlər naziri, uzun müddət saxta ittihamlarla həbsdə yatmış və bir zamanlar Boz Qurd (Milli Demokrat) Partiyasına rəhbərlik etmiş İsgəndər Həmidov Azərbaycanı birdəfəlik tərk etmək qərarına gəlib. Bu barədə məlumat DİA.AZ-a sabiq nazirə yaxın çevrədən daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl ANS telekanalında millət vəkili çingiz Qənizadə ilə debata çıxan İsgəndər Həmidov övladlarının işlə təmin olunmamasından şikayətlənmişdi. Özünün də işsiz olduğunu bildirən nazirin çox ciddi maddi problemlər yaşadığı da məlum olub. Hər halda, zamanında bir çoxlarına əl tutan, dəstək olan İsgəndər Həmidov kimi bir şəxsin bu gün maliyyə problemləri yaşaması ona çox pis təsir edib. Halbuki birinci Qarabağ müharibəsi zamanı İsgəndər Həmidov öz hesabına Azərbaycan ordusuna xeyli sayda silah-sursat da alaraq hədiyyə edib. Mənbəmiz bildirir ki, son zamanlar yaşadığı maddi problemlər və digər yandanda da Türkiyənin millətçi dairələrindən keçmiş nazirə ünvanlanan israrlı dəvətlər nəhayətdə İsgəndər bəyin gediş qərarı verməsinə səbəb olub. Məlumatda deyilir ki, İsgəndər Həmidov İstanbul şəhərinə köç etməyə hazırlaşır və artıq orada onun yaşaya bilməsi üçün türkiyəli dostları tərəfindən hər cür şərait yaradılıb. Onu da xatırladaq ki, İsgəndər Həmidov neçə ildir aktiv siyasətdən də gedib. Geri qayıt |