Əsas Səhifə > Siyasət, Manşet > İRAN 23 APRELDƏ TƏXRİBATA HAZIRLAŞIR
İRAN 23 APRELDƏ TƏXRİBATA HAZIRLAŞIR13-04-2012, 12:48 |
MAVİLƏRİN PARADI MƏSƏLƏSİ MOLLE REJİMİNİN ƏLİNƏ FÜRSƏT SALIB DİA.AZ: - Daha çox azərbaycan xalqını və Azərbaycan dövlətini, eləcə də Azərbaycanın dövlət rəhbərlərini aşkar şəkildə təhqir etmələri ilə diqqətə gələn İranın xüsusi xidmət orqanlarına məxsus «Əhli Beyt -ABNA» portalı yenidən Azərbaycanda qarışılıq salmağa hazırlaşır. Belə ki, bu portal tərəfindən Azərbaycan dindarlarına müraciət edilərək, onları guya ki Bakıda keçiriləcək mavilərin paradına etiraza səsləyir. Halbuki belə bir paradın keçirilməyəcəyi ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Amma buna baxmayaraq fars-molla rejiminin təxribatçı qüvvələri Azərbaycanda vəziyyətin qarışdırılması üçün çaşdırıcı məlumatları ifraz etməklə məşğuldur. DİA.AZ olaraq bildiririk ki, əslində bu kimi xəbərlərlə İran hakimiyyəti Bakıda əzələ nümayiş etdirmək niyyətindədir. Həmin təxribatçı məlumatlardan birini diqqətinizə çatdırırıq və sizlər də molla rejiminin apardığı siyasətin iç üzünə şahidlik edin: «ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən əhalisinin 98% müsəlman olan Azərbaycanın bir qrup gənc və ziyalıları torpaqlarının 20%-i işğal altında olan matəmli vətənində bədnam “evrovision”a qarşı etiraz əlaməti olaraq əhaliyə kütləvi çağırış etmişlər. Ruhanilər.org saytına göndərilən elanı olduğu kimi saytımızın ziyarətçilərinə təqdim edirik: “Kütləvi çağırış” Evrovision-a gələnlərin 70%-inin həmcinsbazlar və gayların təşkil etdiyini bilirsinizmi? Əgər xalqımızın qeyrətli oğulları və həyalı xanımları şəhid qanı tökülən torpaqlarımızda bu həyasızlığa öz etirazlarını bildirməsələr gayparad rəsmi, ya qeyri rəsmi olaraq 100% keçiriləcək. Azərbaycan xalqının yaşayış səviyyəsinin aşağı olduğu, torpaqlarımızın 20%-i və qız- gəlinlərimizin əsirlikdə olduğu zamanda belə bir əxlaqsız müsabiqənin keçirilməsi yolverilməzdir! Biz bir qrup ziyali insan olaraq Hakimiyyətin bu səhv qərarına öz etirazımızı bildirmək istəyirik. Şübhəsiz ki, ölkəmizdə gey paradın keçirilməsi insanlığa, şərəfə, qeyrətə və milli mənəvi dəyərlərimizə ziddir. Yaxşi deyilmi ki, icra başçılarımız, ölkəmizin müsəlman xalqını belə faydasız işlərin əvəzinə ölkəmizin ən mühüm məsələləri o cümlədən Dağlıq Qarabağ münaqişəsinin və yaxud iqtisadi problemlərinin həllinə çalışsınlar. İndiki ictimai durumda gey paradın keçirməsinin xalqımıza nə faydası var??? Bu haldakı boşanmağın statistikasinin artırılması ölkəmizdə gündəlik məsələlərdən biri sayılır və ailələrin kökünün dağıdılmasına səbəb olur... Bu durumdaki, söz azadlığının olmaması və siyasi məhbusların artırılması xalqımıza pisxalogi təzyiq verir. Nədən ölkəmizin milli sərvəti və var-dövləti gizli formada bir sıra insanların həvəsinə xərclənir? Tamam xalqımızdan xususı ılə ədalətsizliyə qarşi mübarizə aparanlardan dəvət edirik ki bir simvolik hərəkətdə gey parada qarşı Aprelin 23-ü, saat 22-də Hər bir mümkün yolla (öz məhələlərində - pəncərələrdən - həyətlərdən - balkonlardan və...) öz etirazlarını bu şuarı ilə bildirsinlər: Geylər gəlsə Azərə - Namus düşər əllərə!» Hər halda, fars-molla rejimi bu kimi aşağılayıcı ifadələrlə yenə də öz iç üzünü göstərmiş olur. Geri qayıt |