Əsas Səhifə > Gündəm, Manşet > ŞİRVAN NEFTÇİLƏRİ DƏ ETİRAZA QALXDILAR
ŞİRVAN NEFTÇİLƏRİ DƏ ETİRAZA QALXDILAR13-04-2012, 12:12 |
ONLAR RÖVNƏQ ABDULLAYEVİN KÖÇÜRMƏ PLANINA ETİRAZ EDİRLƏR DİA.AZ: - Şirvan şəhərinin neftçiləri istehsal obyektlərinin Bülbülə qəsəbəsinə köçürülməsinə qarşı çıxırlar. “Azneft” İstehsalat Birliyinin Tamponaj və Laylarda Neft Artımı İdarəsinin Şirvan Tamponaj sexinin 74 işçisinin Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə göndərdiyi məlumatda deyilir ki, hər gün 140 km məsafə qət etmək yolverilməzdir. Kollektivdə ailəli qadınlar, xəstələr və yaşlı adamlar var. “Azneft” İstehsalat birliyinin 05.04.2012-ci il tarixli əmrinə əsasən, 30 ildən çox müddətdə Şirvan şəhərində fəaliyyət göstərən Şirvan Tamponaj sexinin Bakı şəhəri Bülbülə qəsəbəsinə köçürülməsi nəzərdə tutulur. Demək, Şirvan sakinlərindən ibarət olan sexin işçiləri əvvəlki məbləğdə məvacib almaqla 140 kilometr dami yaşayış yerindən uzaqda çalışmalıdır. Kollektivin üzvləri hesab edir ki, idarənin köçürülməsinə lüzum yoxdur. Belə ki, sexin bacarıqlı mütəxəsisləri operativ şəkildə Naftalan, Muradxanlı, Kalmas, Bibiheybət, Qaradağ və digər neft quyuları olan yatağlarda tompanaj işləri görmək və aqreqatların təmirini aparmaq üçün heç bir problem olmadan həmin ərazilərə ezam olunur. Şirvan tamponajçıları uzun illər iş təcrübəsi toplayıblar. Köçürülmə zamanı kollektiv dağılacaq. Yeni mütəxəssislər hazırlamağa illərlə vaxt lazımdır. “Bir tərəfdən deyirlər ki, Bakı şəhəri insan resursları ilə yüklənir, digər tərəfdən də bütün müəssisələri bağlayıb paytaxta aparırlar”, deyə müraciətdə bildirilir. Bu cür qərarlar qəbul ediləndə volyuntarizm olmamalıdır. Kollektiv üzvlərinin arxasında yüzlərlə ailə üzvü var. Şirvan neftçilərinin fikrincə, sexi Bakıya köçürməkdənsə, orada yenilik etmək, avadanlıqları təkmilləşdirmək, daha məqbul sosial şərait yaratmaq doğru olar Geri qayıt |